Yuxarı

Bakıda İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il yanvarın 25-dən 30-dək Bakıda Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək. Kinosevərlər festival çərçivəsində dünyanın həm gənc, həm də tanınmış rejissorlarının filmlərinə tamaşa edə biləcəklər. Tədbirin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.

Kult.az xəbər verir ki, bu məlumatı jurnalistlərlə “Landmark” otelində keçirilən görüşdə festivalın təşkilatçıları - tanınmış italyan kinorejissoru Rossi Massimi və “Imago Group” kino şirkətinin təmsilçisi Luçiya Maçaleni bölüşüblər.

Görüşdə vurğulanıb ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə olacaq.

Qeyd olunub ki, bu formatda festival ilk dəfədir keçirilir. Tədbir çərçivəsində, həmçinin məşhur rejissor və aktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün events@united-cultures.org. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.

Görüşün sonunda Rossi Massiminin “Antonio sindromu” filmi nümayiş etdirilib.

Tarix
2018.11.27 / 22:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla