Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


Jülyett Binoş: “Mən dahi fransız deyiləm”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinofilmlər açıq qapı kimidirlər və hər birinin qarşısında xarakter və həyatımı dəyişirəm... Mən həmişə bü günlə yaşayıram. Bu riski gözə alıram. Mən keçmişi inkar etmirəm, ancaq bu, artıq keçilmiş səhifədir.

Körpənin dünyaya gəlişi gözəl çiçəklər olan güldana bənzəyir. Yalnız bu güldan siz özünüzsünüz və həm də çox qısa bir müddətə. Güllər çox gözəldirlər, onlar güldana deyil, özlərinə məxsusdurlar.

Mən dahi fransız deyiləm. Jorj Sand, Marqerit Düras və Simon de Bovuar – bax dahi fransızlar bunlardır.

1985-ci ildə Kann kinofestivalında Simon Sinor mənə əl eləyəndə başa düşdüm ki, ulduz olmuşam.

Aktyor oyunu soğan təmizləməyə bənzəyir. Yenişini kəşf etmək üçün üst qatını soymaq lazımdır.

Mən siyasi və sosial filmlərdə çəkilmək istəyirəm. Çağırış, mesaj, ideya olan filmlərdə... Sual verməyə cəsarəti çatan filmlərdə...

Əgər ulduz işıq saçandırsa, mən ulduz ola bilərəm. Yox, əgər ulduz pulun və jurnal üzlərinin yedəyində gedirsə, bu iyrəncdir və mən bunu istəmirəm!

Mənim ən erkən xatirələrim tənhalıq haqqındadır. Bununla yaşamaq çətindir.

Mənə dörd dəfə evlilik təklifi ediblər. İki dəfə münasibətlərimizin başlanğıcında, ikinci dəfə isə sonunda. Heç vaxt "yox" deməmişəm. Sadəcə, cavab verməmişəm!

"Cənubi Afrikada/Mənim ölkəmdə" (Going to South Africa/Country of My Skull (2004) filmi məni tamamilə dəyişdi. Mən təsəvvür edilməsi mümkün olmayan qəddarlığı və nifrəti gördüm. Ancaq həm də elə bir sülh və dinclik gördüm ki, yer üzünün başqa heç bir yerində ola bilməz.

Anam üçün məni internata vermək yəqin ki, çox çətin olub. Ancaq başqa cür mümkün deyildi. O, atamdan ayrılmış, sonra isə universitetə qayıtmışdı – həyatına davam etməli idi! Ona kin saxlamıram. Yəqin ki, mənə diqqət az olub, lakin fikrimcə, bu məni daha güclü edib. Həyatda əzab çəkməmək üçün buna təhsil prosesi kimi baxmaq lazımdır. Bütün bunları məhz belə qəbul edirəm!

Heç vaxt özümü gözəl hiss etməmişəm. Bu, uşaqlıqdan gəlmə bir şeydir. Bizim evdə güzgü olmayıb, odur ki, özümü heç vaxt görməmişdim. Anam da heç vaxt deməmişdi ki, əzizim, sən elə gözəlsən ki!

Qadın 40 yaşında daha cazibədar olur. Məgər siz belə düşünmürsünüz? Yox? Məgər sizə elə gəlmirmi ki, məhz bu yaşda siz özünüz olursunuz? 20 yaşında mən hamının xoşuna gəlməyə çalışırdım, 40 yaşında isə hər şey tamam başqa cürdür.

Həyatda heç nəyə təəssüflənmirəm. Bu mənim həyatımdır. Mənim gerçək həyatım! Hər nə etmişəmsə, öz seçimim olub. Və mənimçün həyat bir dövrədir, bir gün yenə sənə qayıdacaq. Odur ki, kədərli anlarda bilin - arzular da, inam da bir daha sənə dönəcək. Lap ay kimi, gedir ki, yenidən gəlsin".

Jülyet Binoşun Rusiyanın "Psixologiya" (Psychologies) jurnalının birinci nömrəsinə verdiyi müsahibədən:

- Ən böyük təəssüf hissini nə vaxt keçirmisiniz?

- Yəqin ki, valideynlərimin bir daha heç vaxt bir yerdə olmayacağını başa düşəndə.

- Özünüzdə nəyi dəyişmək istəyərdiniz?

- Onsuz da fasiləsiz dəyişirəm.

- Hansı əşyanıza xüsusi bağlılığınız var?

- Şərfimi çox sevirəm, məni isti saxlayır.

- Vücudunuzda daha çox nəyi bəyənirsiniz?

- Elə bir şeyi ki, onun haqqında düşünməmək olar.

- Bəs nəyi bəyənmirsiniz?

- Haqqında düşünməyə başlayanda elə onu.

- Nəyin və kimin naminə həyatınızı qurban verə bilərsiniz?

- Əlbəttə ki, uşaqlarımın naminə.

- Nəyi onlara heç arzulamazdınız?

- Asılılığı. İstənilən formada olan asılılığı.

- İş tamamilə əldən gedəndə onu geri qaytarmaq üçün xüsusi vasitəniz varmı?

- Bəli! Bu mənim dietoloqum madam Jestin hazırladığı tərəvəz bulyonudur.

- Necə ölməyə üstünlük verərdiniz?

- Xoşbəxt. (Gülür).

- Əgər reinkarnasiya mövcud olsaydı, hansı simada geri dönmək istəyərdiniz?

- Düşünmürəm ki, ikinci dəfə qayıtmaq istəyərdim...

Tarix
2016.01.23 / 08:45
Müəllif
Təhminə C.B.
Şərhlər
loading...
Digər xəbərlər

Rasim Balayevin bu obrazı əlindən alınıb

Təcavüz qalmaqalı filmi təxirə saldı

Komitə “Şəhadət”i təqdim etdi - Foto

"Qurdlar vadisi"nin yayımı bu kadra görə dayandırıldı - Video

Bakıda Film Festivalına hazırlıq - Foto

Məşhur aktyor milyarder oldu

Filmlərimiz xarici onlayn kinoteatrlara çıxacaq

Xalq artistinin rus qadından olan oğlunun - Fotosu

"Dörd baş" komediyasından ilk görüntülər - Video

Xalq artisti əməliyyat olundu - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla