Yuxarı

İrəvan nə haqla burda iştirak edir? - İstanbulda müzakirə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğalçı dövlət ola-ola nə haqla burada iştirak edir və suallar verir?

Report-un verdiyi məlumata görə, bunu Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci illik sessiyasında çıxışı zamanı bildirib.

"Bu gün biz burada Rusiyanı işğalçılıqda ittiham edirdik. Amma bundan öncə Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Ermənistan da işğalçı bir dövlətdir. İşğalçılığın fərqi və forması yoxdur. Əgər Rusiya işğalçıdırsa, onda Ermənistan da işğalçıdır. Ermənistan işğalçı dövlət ola-ola nə haqla burada iştirak edir və suallar verir? Bu gün Suriyadan terrorçular Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına yerləşdirlirlər. Ermənilərin terroçu hərəkətləri və terrorçulara dəstək vermələri dünya ictimaiyyətinə məlumdur. Ermənistan Rusiya ilə birgə ordu yaradır, həm də NATO Parlament Assambleyasında iştirak edir", - Siyavuş Novruzov vurğulayıb.

Milli Məclisin deputatı daha sonra NATO PA-nın prezidenti Maykl R.Turner belə bir sual ünvanlayıb:

"Sizdən bu sualıma cavab verməyinizi istəyirəm: Ermənistan Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verib. Burada Ermənistan qonşuluq siyasətindən danışır. Axı Ermənistanın bölgədə hansı qonşu dövlətlə münasibəti var? İllərlə Türkiyəyə qarşı ərazi iddiasında olub, Gürcüstan torpaqlarına ərazi iddiası var, Azərbaycanın isə 20 faiz torpaqlarını işğal edib".

Siyavuş Novruzovun bu çıxışı tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.

NATO PA-nın prezidenti isə Azərbaycan nümayəndə heyətinin üzvünün sualına cavab verməkdə çətinlik çəkib və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupunun birbaşa məşğul olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində NATO Parlament Assambleyasının 62-ci illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir. Azərbaycan nümayəndə heyətinin səfəri noyabrın 22-də başa çatacaq.

Tarix
2016.11.21 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla