Yuxarı

Trampın özündən güclü kürəkəni

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Trampın kürəkəni Cared Kuşner yeni hökumətdə yüksək post tuta bilər. Amerika mediasının yazdığına görə, yeni prezident kürəkənini Ağ Evdə müşavir təyin etmək istəyir. Hələlik kürəkən hansısa vəzifə tutmaq üçün müraciət etməyib, ancaq onun özünün maraqlı olduğu və üstəlik prezident Trampın bu məsələdə istəkli olduğu məlumdur.

Kuşnerin vəzifəyə təyin olunmasının daha bir işarəsi isə ötən həftə Trampın keçid komandasının onun xüsusi təhlükəsizlik yoxlamasından keçirilməsi xahişi olub. Bildirilir ki, Amerikada dövlət vəzifələrinə təyin olunan adamlar belə yoxlamadan keçməlidirlər. Bu isə kürəkənin təyinatı ilə bağlı şübhələri gücləndirir.

Məsələ ondadır ki, prezident Trampın kürəkəni, 35 yaşlı yəhudi əsilli iş adamı Cared Kuşner qaynatasının seçki kampaniyasının əsas şəxslərindən biri olub. Hətta Donald Trampın seçki kampaniyasındakı əsas çıxışlarının mətnini belə Kuşnerin yazdığı deyilir. Bütün bunların fonunda Kuşner Trampın seçki komandasında güclü və təsirli fiqur olub. Yeni hökumətin əsas kadrlarını, hətta vitse-prezidentin kimliyi belə kürəkənə əvvəlcədən məlum olub. Bundan başqa Kuşnerin Trampın Ağ evə köçməsi prosesini təşkil edir, əsas siyasi hədəfləri müəyyən edir, seçki kampaniyasında maliyyə yardımlarının toplanması prosesini təşkil edir, eyni zamanda seçicilərlə bağlı məlumatların analizi və seçkiyə təsirini analiz edir. Bundan başqa Trampın seçki kampaniyası zamanı Meksika əsilli bir prokuroru təhqir etdikdən sonra etdiyi barışıq nitqinin mətnini də Kuşner yazıb.

Ancaq təbii ki, Kuşnerin əsas üstünlüyü onun yəhudi olmasıdır. Çünki Donald Trampın Yaxın Şərq prosesləri ilə maraqlanmamasına baxmayaraq məhz kürəkəni sayəsində Amerika yəhudi lobbisinin dəstəyini alıb. Eyni zamanda daha mülayim və barışdırıcı təsiri bağışlayan Kuşnerin Trampı nəzarət saxlayacağını düşünənlər də var.

23 yaşında ikən atasının həbs olunmasından sonra ailəsinin "Kushner Properties" adlı əmlak şirkətinə rəhbərlik etməyə başlayan Kuşner Nyu Cersi ştatındandır. Hazırda bu şirkətlə yanaşı "The New York Observer" qəzetinin də sahibidir. Harvard universitetində sosiologiya bakalavr, Nyu York Universitetində isə magistr dərəcəsi alıb.

Donald Trampın qəzə İvanka Trampla ailəli olan Kuşner dindar bir yəhudidir, yəhudi dini inanclarına, adətlərə bağlıdır. Bu səbəbdən də İvanka Trampla evlənərkən yəhudi dini qanunlarına əsasən gələcək həyat yoldaşı dinini dəyişərək yəhudiliyə keçib. Müntəzəm olaraq sinaqoqa gedən Kuşner övladlarını da yəhudi dini qaydaları ilə tərbiyə edir.

Kuşner ailəsinin Amerikaya Avropadan köçdüyü bilinir. Babası Poşa yəhudisi olub, İkinci Dünya Müharibəsi zamanı Nasistlərin düşərgələrində əsir olub. 1949-cu ildə ailə Amerikaya köçüb. Babası Yesep Kuşner əvvəlcə inşaatda işləməyə başlayıb. Daha sonra isə özü inşaat işi qurub. Caredin atası Çarlız Kuşner hüquqşünasdır, 1985-ci ildə "Kushner Companies" şirketini qurub və şirkət sürətlə böyüyüb.

Ancaq 2005-ciildə ata Kuşner seçkilərdə qanunsuz yardım ittihamı ilə iki illik həbs olunub. Lakin buna baxmayaraq şirkət böyüyüb və 2007-ci ildə 1,8 milyard dollarlıq mülk alıb. Hazırda kuşnerlərin şirkətinin dəyəri 10 milyard dollar civarında ölçülür.

Yeri gəlmişkən, bu illərdə kuşnerlər ailəsi Demokrat Partiyası dəstəkçisi olub. Ailənin varisi Cared Kuşner 1981-ci ildə dünyaya gəlib. 2007-ci ildə ailə şirkətinin başına keçib, 2009-cu ildə isə Donald Trampın qızı İvanka ilə ailə qurub. Maraqlıdır ki, ailə qurarkən yəhudi dini qanunlarına əsasən İvanka Tramp yəhudiliyi qəbul edib və Yael Kuşner ad-soyadını qəbul edib. Ailənin 3 övladı var.

Musavat.com

Tarix
2016.11.22 / 01:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla