Yuxarı

Beriya kabinetdə erməni rəhbəri niyə güllələdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin məşhur inqilabçısı, Dövlət Təhlükəsizlik Komissarlığının baş komissarı, Sovet İttifaqı marşalı Lavrenti Beriyanı düşmənləri və dostları soyuqqanlı şəxs kimi xarakterizə etsələr də, o, emosiyalarına heç də həmişə hakim ola bilmirdi. Hətta bəzi vaxtlar o, qızığın pələngi xatırladırdı. Belə vaxtlarda ondan hər şey gözləmək mümkün idi.

Publika.az xəbər verir ki, tarixçi İosif Aqafanov Beriyanın Zaqafqaziya Birləşmiş Respublikalarının rəhbəri olmasının Stalinin ideyası olduğunu yazırdı. Qafqaz ölkələri Stalini narahat edirdi. Çünki hər üç respublika çox inadçı idi. Beriyanın təyinatı isə bu ölkələrin ram edilməsi ilə nəticələnəcəkdi.

Beriya Qafqazın 16 milyonluq əhalisinin arasında hörmət və sevgidən istifadə edirdi. Onun yalançı yumşaqlığı var idi və Ermənistanın Mərkəzi Komitəsinin birinci katibi Ağasi Xancyan məhz bu yumşaqlığa aldanmağın qurbanı oldu.

Təcrübəli erməni bolşevik Tiflisdə Beriyanın kabinetinə daxil olur. Onunla birlikdə üç nəfər də gəlmişdi. Onların əlində qədim fars xalçası var idi. Gələnlər xalçanı kabinetdə qoyaraq getdilər.

Beriya xalçaya baxaraq Xancyandan soruşdu:

- Bu nədir? Hətta üç nəfərin belə gücü çatmır.

- Bu, qədim fars xalçasıdır və erməni xalqı bütün qəlbilə bunu sizə təqdim edir, – Xancyan hiylə ilə cavab verdi. O, bilərəkdən bütün ermənilərin adından danışırdı.

- Yəqin, o, çox bahalıdır?

Xancyan acı-acı gülümsündü və cavab verdi:

- Dostluq qiymətsizdir, yoldaş Beriya.

- Siz haqlısınız, yoldaş Ağasi. Bu hədiyyə bizim xalqlarımızın qarşılıqlı dostluğunun əlaməti kimi Dövlət Muzeyinə veriləcək.

O, bununla hiyləgər erməniyə başa salmaq istəyirdi ki, rüşvətxor deyil. Daha sonra Ermənistandakı proseslər haqqında ondan soruşdu. Xancyan Beriyaya hər şeyi danışdı və söhbət əsnasında Gürcüstan və Ermənistan arasındakı dostluq məsələsinə yenidən qayıtdı.

Beriya anladı ki, erməni bolşevik ciddi məsələyə toxunmaq istəyir, bahalı xalçanı da məhz buna görə gətirib.

Söhbətin ortasında birdən Xancyan ərazilər məsələsinə toxundu və dedi:

- Yoldaş Beriya, ermənilərdə ərazilər çox kiçikdir və məhsuldar deyil. Bütün xalq adından xahiş edirik ki, siz yoldaş Stalinlə aramızda vasitəçi olasınız. O, Cavaxetiyanı bizə versin.

Bu sözlərin deyildiyi vaxt Serqo Qoqoladze kabinetə daxil oldu. O, başqalarından fərqli olaraq Beriyanın kabinetinə qapını döymədən girmək hüququna malik idi. Sonralar o, Beriyanın məhkəmə işi üzrə ifadə verərkən, yazacaqdı:

"Lavrenti qızardı və qəzəbdən titrəməyə başladı. Sonra o, Xancyanın üstünə qışqırdı:

- Əclaf, sən gürcülərin torpağını istəyirsən və bunu mənim vasitəmlə Stalindən almaq istəyirsən?

Xancyanın rəngi soldu və tərlədi. Tərin damcıları onun paltarından döşəməyə tökülürdü. Lavrenti ona nifrətlə nəzər saldı və birdən o, yazı qutusundan qara rəngli tapançasını çıxartdı. Tapançanı Xancyana tuşladı və başına iki güllə vurdu: "İt kimi, gəbər..." Sonra fağır üzlə mənə baxaraq dedi:

- Serqo, bunun cəsədini gətirdiyi xalçaya bükün və qaranlıqda şəhərətrafı qəsəbədə bir çuxurda basdırın.

Mən və mənim tabeçiliyimdəki adamlar göstərişi dəqiqliklə yerinə yetirdik".

Qoqoladzenin sözlərinə görə, Xancyanla Tiflisə gələn üç nəfər izsiz yox oldular. Onlar mehmanxanada rəhbərlərini gözləyirdi, lakin gürcü çekistlər tərəfindən aradan götürüldülər.

Tarix arxivlərində "Xancyan işi"nin Kremldə Stalinlə razılaşdırılmış şəkildə ört-basdır edildiyi göstərilir. Bir neçə gün sonra Ermənistana yeni rəhbər təyin olundu və Xancyan xalq düşməni olaraq tanındı.

Tarixçilərə görə, Beriya Xancyan məsələsini qətlsiz də həll edə bilərdi. Lakin o, ekstremal emosiyaları ilə bacarmırdı və gürcü torpağını istəyən şəxsi öz əlləri ilə öldürdü.

Tarix
2016.11.22 / 12:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla