Yuxarı

Bakıda belə bir fürsət əldə etmişəm - Qrenqer

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın mövqeyi möhkəmdir və daha da möhkəmlənəcək.

Axar.az xəbər verir ki, bu fikir ölkəmizdə səfərdə olan AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin Siyasi Psixologiya Mərkəzində bir qrup tələbə ilə görüşündə səsləndirilib.

Görüşdə Yan Liddel-Qrenqer və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizin qurumdakı fəaliyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Nümayəndə heyətimiz AŞPA-nın toplantılarında fəal iştirak edərək müzakirə olunan məsələlərə öz mövqeyini bildirir.

Yan Liddel-Qrenqer azərbaycanlı tələbələrlə görüşməyin onun üçün böyük şans olduğunu vurğulayıb. "Çünki Azərbaycanın gələcəyini müəyyən edən insanlarla söhbət etmək, onların hadisələrə yanaşmasını öyrənmək fürsəti əldə etmişəm", - deyə o bildirib.

Görüşdə dünyada baş verən siyasi proseslərlə bağlı müzakirələr də aparılıb.

Tarix
2016.11.23 / 20:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla