Yuxarı

Kremlin Qarabağın həlli üçün şərtləri var - Katler

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ABŞ-ın və Qərbin maraq dairəsindən çıxıb.

Trend-in məlumatına görə, bu fikir Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katlerin "The Prince Arthur Herald" jurnalındakı məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, hazırkı mürəkkəb və dəyişkən vəziyyətdə Cənubi Qafqazın aparıcı ölkəsi – neft və qazla zəngin Azərbaycan artan təzyiqlərlə üzləşir: "Amerikanın lazımi dəstəyindən məhrum olmuş Azərbaycan regiondakı vəziyyətə uyğunlaşmağa məcbur olur və bununla da diplomatik manevrlər üçün ehtiyat saxlayır".

Müəllifin fikrincə, Qərbin regionda marağının azalması səbəbi ilə Rusiya Azərbaycanla Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli (və ya həll olunmaması) üçün üstünlüyü ələ alıb.

R.Katler yazır ki, Kreml Dağlıq Qarabaş münaqişəsinin həlli üçün şərtlər təklif edib:

"Bu təklifə əsasən, Ermənistan Azərbaycan torpaqlarının mərhələli azad edilməsi müqabilində iqtisadi və tranzit əlaqələrini bərpa edə bilər. Ermənistan bu ideyanı bir neçə il əvvəl qəbul etsə də, daha sonra işğal olunmuş yeddi rayondan ikisini qaytarmayacağını elan etmişdi".

Tarix
2016.11.24 / 12:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla