Yuxarı

Biznesmen qardaşlarım mənə pul verir - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 11-ci ildir ki, mən hər Qurban bayramında 100 baş qurban kəsdirib insanlara paylayıram.

Bu sözləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı, tanınmış hüquqşünas Rafael Cəbrayılov bildirib.

R.Cəbrayılov deyib ki, Azərbaycan Milli Məclisi deputatlarının əmək haqlarının səviyyəsi dünya təcrübəsində orta əmək haqqından çox aşağıdır:

"Elə millət vəkilləri var ki, onlar əlavə işlərlə məşğul olaraq iki yerdən əmək haqqı alırlar. Misal üçün, həmin deputatlar universitetlərdə dərs deyirlər və s. Ancaq mən millət vəkili seçilməmişdən öncə Prokurorluqda çalışmışam. Hazırda isə yalnız Milli Məclisin deputatıyam və millət vəkili olaraq da aldığım maaş təqribən 1500 manatdan bir az artıqdır. Təbii ki, bu da ehtiyacları tam ödəmir. Açıq söyləyim ki, mənim iki qardaşım tikinti biznesi ilə məşğul olurlar. Həmin qardaşlarım hər zaman mənə maddi dəstək verir. Baxmayaraq ki, başqa millətlərdə hər qardaşın büdcəsi ayrı olur. Ancaq Azərbaycan mentalitetinə uyğun olaraq, qardaşlarım mənə maddi kömək göstərirlər. Ola bilsin ki, kimlərsə mənim bu fikirlərimə cavab olaraq bildirərlər ki, əgər deputat 1500 manatla lazımı səviyyədə dolana bilmirsə, o zaman 200-300 manat alanlar nə etməlidir? Mən həmin insanları yaxşı anlayıram. Ancaq nəzərə almaq lazımdır ki, deputat olaraq bizim xərclərimiz daha çoxdur. Misal üçün mən Şirvandan deputat seçilmişəm və ən azı hər həftə gedib seçicilərlə görüşürəm, onların xeyr-şər mərasimlərinə qatılıram və sairə. Bundan əlavə, hər gün demək olar ki, insanlarla görüşürük. Hər gün nə qədər seçici, insan gəlib biz deputatdan maddi yardım istəyir. Biz də çalışırıq ki, onları əliboş geri qaytarmayaq, nə isə köməyimiz olsun. Seçici gəlib məndən pul yardımı istəyir. Axı mən onu necə əliboş geri qaytara bilərəm? Hər dəfə bayramlarda seçicilərə, kimsəsiz adamlara yardımlar edirəm. Artıq 11-ci ildir ki, mən hər Qurban bayramında 100 baş qurban kəsdirib insanlara paylayıram. Amma indiyədək bu barədə heç yerdə nə isə deməmişəm. Bunu Allahın rızası üçün edirəm. Bu cür yardımları tək mən deyil, əminəm bütün deputatlarımız edirlər. Bu baxımdan da deputatın aldığı maaşın bir hissəsi məhz belə məsələlərə sərf olunur".

R.Cəbrayılov maaşının azlığından heç zaman şikayətlənmədiyini də söyləyib:

"Mən heç zaman maaşımın azlığından şikayətlənməmişəm, bunu qabartmağı məqsədəuyğun saymamışam. Çünki Azərbaycanın dövlət büdcəsinə uyğun olaraq deputatların maaşları qanunla tənzimlənir. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və millət vəkillərinin əmək haqları qanunla tənzimlənir.

Eyni zamanda deyim ki, bu gün hər hansı deputatın əmək haqqının azlığından şikayət etməsini anlaya bilmirəm. Hətta, bunu etikadan kənar hesab edirəm. Çünki dünyanın bir çox dövlətlərində olduğu kimi, Azərbaycanda da əmək haqqı aşağıdır. Fiziki əməklə məşğul olan, fəhlənin və müəllimin əmək haqqısının aşağı olması fonunda deputatın durub öz əmək haqqının artırılmasını tələb etməsi etikadan kənar davranışdır. Düşünmürəm ki, bundan sonra Milli Məclisin hər hansı deputatı bunu tələb etsin".

Tarix
2016.11.24 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla