Yuxarı

Azərbaycan və Türkiyə tərəfdaşlarımızdır - Kvirikaşvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Türkiyə bizim strateji tərəfdaşlarımızdır və Gürcüstan hökuməti bu münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.

Report-un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili parlamentin noyabrın 26-da keçirilən iclasında söyləyib.

Baş nazir hökumətin növbəti illər üçün strateji fəaliyyət planını və yeni tərkibini deputatlara təqdim edib, parlamentdən dəstək istəyib.

G.Kvirikaşvili deyib: “Biz Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələrə böyük önəm veririk. Şərq-Qərb dəhlizini genişləndirmək və irimiqyaslı layihələri birgə həyata keçirməklə biz, həm mövqelərimizi möhkəmləndirəcək, həm də xalqlarımızın rifah halını yaxşılaşdıracağıq”.

Baş nazir ölkəsinin Avropaya inteqrasiyası, NATO ilə əməkdaşlığı məsələlərinə də aydınlıq gətirib. Bu iki beynəlxalq təşkilatla əməkdaşlığın genişləndirilməsinin Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

Qeyd edək ki, hazırda parlamentdə müzakirələr davam edir. Günün sonunadək parlament hökumətin yeni tərkibini və strateji fəaliyyət planını təsdiq etməlidir.

Tarix
2016.11.26 / 18:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla