Yuxarı

Səddam Hüseynin gizli saxlanılan - 3 etirafı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq İraq lideri Səddam Hüseynin həyatının son ayları yəqin ki, hamı üçün maraqlıdır. 2006-cı ildə asılaraq, edam olunan Səddam Hüseynin bu dəhşətli sonluğu bütün dünyanı şoka saldı. Hadisənin depressiyasından çıxa bilməyən adamlar da oldu.

Diktatoru öldürməmişdən əvvəl ona bəzi faktları etiraf etdirmək üçün 8 ay vaxt verildi. Bu aylar ərzində ərəb dilini mükəmməl bilən ABŞ xüsusi xidmət orqanının agenti Corc Piro Səddamdan müəyyən etirafları almaq üçün onunla çox yaxın dost oldu. İş o yerə çatdı ki, ömrünün sonunda məşhur diktator agentə qətlə yetirilmiş iki oğlu qədər inandığını dedi. Təbii ki, bu qədər isti münasibətin müqabilində Səddam agentə xeyli sirləri açıb, etiraflarını etmişdi. Səddamın ölümündən sonra Corc Piro onunla keçirdiyi ayları özündə əks etdirən kitab buraxdı. Böyük maraqla qarşılanan kitabda Səddamın həyatının son günləri və ilginc etirafları hamını heyrətə gətirdi.

Lakin Corcun kitabında və mətbuata açıqlanan informasiyaların özü də tam deyil. Səddamın siyasi müstəvidə etdiyi etiraflar bu gün də gizli saxlanılır. Amerika tərəfi özünə lazım olan etirafları alandan sonra qısa müddətdə Səddamın edamını tezləşdirdi. Diktator nə məhkəmə prosesində, nə də ölüm anında demək olar ki, heç nə danışmadı, çox sirləri özündə saxladı.

Moderator.az xəbər verir ki, Avropa, Rusiya, Türkiyə və İranın bir çox mətbu orqanları və araşdırma qrupları Səddamın etdiyi etiraflar arasında gizli saxlanılan detalların aşağıdakılar olduğunu qeyd edirlər:

1. İrana qarşı müharibə (1979-cu il ). Etiraflarının içərisində Səddamın 1979-cu ildə İrana elan etdiyi müharibənin öz qərarı olması, yaxud, təşviq edilməsi məqamı açıqlanmır. Halbuki dünyanın beyin mərkəzlərini bu əsnada bir neçə sual düşündürür: Səddamı İraqla savaşa kim təşviq etdi - Amerika, Avropa, yoxsa ərəb dövlətləri? İraqa bu xüsusda hansı orqanlar yardımda bulundular? İrana qarşı istifadə edilən kimyəvi-bakterioloji silahları - zəhərli qazlara İraqa kim vermişdi?

Səddamın “8 aylıq istirahət”ində bu etirafların edildiyi, lakin bu gün də gizli saxlanıldığı deyilir.

2. Küveytin işğalı (1990-cı il). Küveyt işğalının əsas başlanma səbəbi və ABŞ-ın bu hadisəyə heç bir reaksiya verməməsi də Səddamın açıqlamalı olduğu etiraflardan biridir. Çünki aysberqin böyük hissəsi hər zaman suyun altındadır. “Küveyt aysberqi” isə demək olar ki, bütünlüklə su altında qaldı. ABŞ-ın Bağdaddakı o zamankı səfirinin hadisələr zamanı səssiz qalması və sonradan diplomatik fəaliyyətinə hansı səbəbdən son qoyması bu gün də sual işarəsi altındadır... Səddamın gizli etiraflarının içərisində bu detallar da olmamış deyildir.

3. Böyük pullar. Səddamın xarici ölkə banklarında – İsveçrə, Yaponiya, Almaniyada saxladığı külli miqdarda neft pullarının aqibəti bu gün də sirr olaraq qalır. Səddamın milyardlar barəsində açıqlama verməməsi sadəcə, inandırıcı deyil.

Tarix
2016.11.26 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla