Yuxarı

Rus faşist nəyə görə Türkiyədə aktivləşib?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı neofaşist Aleksandr Duqinin tez-tez Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının tədbirlərində peyda olması bizə iki ölkənin qəfil yaxınlaşmasının antiamerikanizm ideologiyasına əsaslandığını deməyə ixtiyar verir.

Axar.az xəbər verir ki, bu sözlər Ukraynanın Türkiyədəki eks-səfiri Sergey Korsunskinin “Zn.ua” saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, Duqin indiyə qədər Türkiyəyə qarşı 15 iyul çevriliş cəhdindən istifadə edir:

“Duqin sonuncu dəfə Türkiyədə 8 noyabrda olub. Türkiyə hökumət rəhbərinin yanında yer alaraq, Duqin Putinin Türkiyəyə strateji müttəfiqlik təklif etdiyini bildirdi. Ankaranın hökumət dairələrində hələ də Ərdoğanı çevriliş cəhdindən Rusiyanın xəbərdar etməsi fikri öz populyarlığını saxlayır. Belə ki, Duqin çevriliş cəhdi ərəfəsində Su-24 insidentində Amerika və Gülən hərəkatının izləri olduğunu bildirdi, 15 iyuldan sonra isə qiyamın arxasında ABŞ-ın olduğunu söylədi. Bu gün Duqinin antiamerikanist, neoavrasiyaçı ideyaları Türkiyənin bəzi rəsmilərinin bəyanatları ilə oxşarlıq təşkil edir. Üstəlik, qəfil antiqərb ritorikası fonunda Ankara və Moskva münasibətləri yaxşılaşır. Qiyamdan sonra Ərdoğan və Putin 4 dəfə telefonla danışıb, 3 dəfə isə üz-üzə görüşüblər. Türkiyədə Duqinlə ultrasolçu Vətən Partiyasının lideri Doğu Perincəkin şəxsi əlaqələri var. Onun partiyası seçkidə 0,25% səs topladı. Lakin son bir neçə il ərzində Vətən Partiyası hərbçilər və güc strukturları arasında öz təsirini artırdı. Nəticədə “Perincək qrupu” yarandı və onlar hakim partiya ilə siyasi ittifaqa girərək, Gülən tərəfdarlarına qarşı əsas sekulyar güc olaraq istifadə edildilər. Vətən Partiyası artıq uzun illərdir Duqinlə əməkdaşlıq edir. Son üç il ərzində bu partiyanın tərkibində hətta hərbi kəşfiyyatın eks-rəhbəri general İsmayıl Pekin də yer alıb. Hazırkı hakimiyyət ordudan qovulan gülənçi zabitlərin yerini Vətən Partiyasının təsirinin güclü olduğu atatürkçü hərbçilərlə doldurmaq niyyətindədir. Bununla da Duqinlə geniş əlaqələri olan Vətən Partiyası Türkiyədə daha çox təsir sahibi olacaq”.

Tarix
2016.11.29 / 08:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla