Yuxarı

Lukaşenko “Heydər Əliyev” ordeni aldı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

Axar.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirib.

Dövlət başçısı qeyd edib ki, müasir Azərbaycanın banisi olan Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” ordeni ali dövlət mükafatıdır və Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərə görə həm Azərbaycan vətəndaşlarına, həm də xarici ölkə vətəndaşlarına təqdim olunur.

Prezident İlham Əliyev Azərbaycan və Belarus dövlətləri arasında münasibətlərin əsasının qoyulmasında ulu öndər Heydər Əliyev və Aleksandr Lukaşenkonun xidmətlərini məmnunluqla xatırladıb Dövlətimizin başçısı İlham Əliyev Prezident Aleksandr Lukaşenkonun müasir Belarus dövlətçiliyinin inkişafında və ölkənin əldə etdiyi nailiyyətlərdə rolunu xüsusi vurğuladı, bu gün Belarusun müasir dinamik inkişaf edən dövlətə çevrildiyini deyib. Məhz buna görə də Belarus xalqının Prezident Aleksandr Lukaşenkonun bu fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

İkitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev uğurla inkişaf edən bu münasibətlərin qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykəndiyini qeyd edib. Belarus Prezidentinin ölkəmizə bu səfərinin əhəmiyyətindən danışan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlərə dair səmərəli müzakirələrin aparıldığını bildirib.

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib, Belarusun tərəqqisi və Azərbaycan-Belarus münasibətlərinin inkişafı yolundakı fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Aleksandr Lukaşenkoya təqdim edib.

Azərbaycanın ən ali mükafatı ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Ulu Öndərlə bağlı xatirələrini dərin ehtiramla bölüşüb. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri həm onun üçün, həm də Belarus xalqı üçün çox mötəbər insandır. Vurğulayıb ki, Ulu Öndər Sovet İttifaqının rəhbərliyində çalışdığı dövrdə ən ədalətli və prinsipial şəxsiyyətlərdən biri kimi tanınırdı.

Aleksandr Lukaşenko deyib ki, Heydər Əliyev şərəfli, cəmiyyətdə mənfi hallarla barışmaz mübarizə aparan bir rəhbər və gənc nəsil üçün bir nümunə idi. Prezidentlik fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevlə beynəlxalq tədbirlərdə təmaslarının onda dərin təəssürat yaratdığını məmnunluqla xatırlayan Belarus Prezidenti vurğuladı ki, ölkələrimiz arasında bugünkü münasibətlərin yüksək səviyyədə olmasının əsasını məhz Heydər Əliyev qoyub.

Prezident Aleksandr Lukaşenko Belarus xalqının tarixdə bir çox sınaqlarla üzləşdiyini deyib, Böyük Vətən müharibəsindən sonra ölkənin quruculuq işlərində Belarus xalqı ilə birlikdə digər xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların fəal iştirak etdiklərini bildirib. Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib.

Belarus Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini vurğulayıb və münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib.

Prezident Aleksandr Lukaşenko son illərdə Azərbaycanda bütün sahələrdə çox böyük inkişafın əldə edildiyini və Ulu Öndərin işini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gedən bu inkişaf prosesinin Azərbaycanın nadir təcrübəsi olduğunu vurğuladı. Belarus Prezidenti neftdən əldə olunan gəlirlərin dövlət başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində səmərəli və xalqımızın firavanlığı naminə istifadə olunduğunu xüsusi qeyd edib.

Sonda Aleksandr Lukaşenko Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib.

Tarix
2016.11.29 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla