Yuxarı

Ramil Usubov Berlində Təhlükəsizlik Konfransında

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-30-da Almaniyanın paytaxtında XV Berlin Təhlükəsizlik Konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasını Daxili İşlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib.

Konfransda Avropa Parlamentinin, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri, eləcə də Almaniya, Fransa və Avropanın bir sıra ölkələrinin təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olan qurumlarının rəhbər işçiləri, müdafiə sənayesi müəssisələrinin, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavab verilməsinin, xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi və bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya ilə Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub.

Tarix
2016.11.30 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla