İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
02:32
Ana səhifə Siyasət |
Türkiyənin eks-prezidenti Abdullah Gül yeni partiya yaradır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Akit TV özünün etibarlı mənbələrinə istinadən yayıb. Televiziya Gülün hazırda bu məsələ ilə bağlı gizli görüşlər keçirdiyini bildirib.
Partiya yaranacağı təqdirdə eks-prezidentin yanında Əhməd Davudoğlu, Bülənt Arınç, Hüseyn Çəlik, Bəşir Atalay, Əli Babacan, Məhməd Şimşək və Məhməd Əli Şahinin yer alması nəzərdə tutulub. Gül hətta bununla bağlı İordaniyada keçmiş ingilis siyasətçilərlə müzakirələr aparıb. Bu müzakirələrdə Britaniyanın keçmiş baş naziri Toni Bler də iştirak edib.
Tarix
2016.12.01 / 09:15
|
Müəllif
İlkin Həsənov
|