Yuxarı

İlham Əliyev: "Bu, bizim əsas istiqamətimizdir"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial siyasət bizim əsas istiqamətimizdir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib:

"Sizi ürəkdən salamlayıram. Zərdab rayonunda olmaqdan çox məmnunam. Bu gün Zərdab rayonunun həyatında çox əlamətdar gündür. Uzun fasilədən sonra Mərkəzi Rayon xəstəxanası artıq vətəndaşların sərəncamına verilib. Çox gözəl işlər görülüb. Əsaslı təmir aparılıb və indi bu xəstəxana ən yüksək standartlara cavab verir. Həm artıq burada abadlıq işləri görülüb və gözəl müasir avadanlıqla təmin edilib. Əminəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaq. Mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsi bunu göstərir ki, biz öz sosial siyasətimizi bu gün də uğurla icra edirik. Sosial siyasət bizim əsas istiqamətimizdir. insanların sağlamlığı, insanların ömrünün uzun olması, sağlam həyat tərzi bütün bunlar bizim üçün prioritetdir. Və Azərbaycan vətəndaşları bu gün ən müsair tibbi xidmətə layiqdirlər. Və bunu görürlər. Ölkəmizdə son dövrlər 600-dən çox müasir tibb ocağı tikilib. Və ya əsaslı təmir edilib, ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni ayardılmış tibb ocaqlarında diaqnostikadan keçir. Onlara lazımi xidmət göstərilir və beləliklə insanlarımız dövlət hesabına öz sağlamlıqlarını qoruyurlar. Mən əvvəlki illərdə dəfələrlə xəstəxanaların açılışlarında bildirmişdim ki, hər bir insan hər il müayinədən keçməlidir. Artıq biz buna nail olmuşuq. Bu il 4 milyondan çox insan bizim ölkə üzrə bütün müasir xəstəxanalarda müayinələrdən keçiblər. Zərdab rayonunda insanların sağlamlığı üçün digər tədbirlər də görülmüşdü. 4 il bundan əvvəl mənim iştirakım ilə Zərdab şəhərinə içməli suyun verilməsini biz qeyd eləmişik. Ondan əvvəlki illərdə içməli su qrafik üzrə verilirdi. Gündə 4-5 saat, özü də keyfiyyət də o qədər yaxşı deyildi. Ancaq artıq 4 ildir ki, fasiləsiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir".

Tarix
2016.12.02 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla