Yuxarı

Kölgə MKİ-dən köhnə SSRİ proqnozu - Stratfor

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüssel və Vaşinqtondakı dəyişən siyasi situasiya Kremlə keçmiş SSRİ ölkələri ərazilərində öz təsirini artırmaq imkanı verə bilər.

Axar.az xəbər verir ki, bu sözlər “Stratfor” analitik şirkətinin saytında dərc edilən məqalədə yer alıb. Rusiya-Qərb qarşıdurmasına diqqət yetirən şirkət NATO və Amerikanın Rusiyaya qarşı planından əl çəkməyəcəyini bildirib:

“Rusiyanın son zamanlar uğursuzluğunun səbəbi 2014-cü ilin əvvəllərinə dayanır. Həmin ilin fevralında Ukraynadakı Maydan hərəkatı genişləndi, nəticədə ölkə prezidenti Viktor Yanukoviç öz vəzifəsindən imtina etməli oldu. Bir ay sonra isə Krım Ukraynadan ayrıldığını bəyan etdi və Kreml bu regionu anneksiya edərək, ölkənin şərqində separatçı qiyamçılara dəstəyini artırdı. Buna qarşılıq olaraq Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. Tezliklə, neft qiymətləri kəskin şəkildə ucuzlaşmağa başladı. Aşağı neft qiymətləri və sanksiyalar Rusiyada durğunluq yaratdı, Moskvanın Qərblə qarşıdurma üçün yolu açıldı. Bununla eyni anda Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi və NATO ilə öz əlaqələrini gücləndirmək üçün addımlar atdılar. Ukraynadakı konfliktin bir ili və neft qiymətlərinin ucuzlaşması Moskvanın keçən onillikdə keçmiş sovet periferiyasında təsirini bərpa etmək üçün əldə etdiyi nailiyyətləri qurban verməsinə səbəb oldu. İndi şans Rusiyaya tərəf dönüb. Keçmiş SSRİ ölkələri artıq Avropa və ABŞ-da baş verən dəyişikliklərə diqqət yetiriblər və indi onlar Qərblə münasibətlərini dəyərləndirəcəklər. Noyabrın 13-ündə Moldovada keçirilən prezident seçkisində rusiyayönlü Sosialist Partiyasının sədrinin hakimiyyətə gəlməsi artıq Qərblə yaxınlaşmağa marağın itdiyinə şahidlik edir. Moldova parlamenti və baş nazir hələ də Qərblə inteqrasiyaya üstünlük verirlər. Ona görə də yeni prezident İqor Dodonun ölkənin bütün yelkənlərini Moskvaya döndərə biləcəyi inandırcı deyil. Lakin hər şeyə rəğmən, Dodon Rusiya ilə sıx iqtisadi əlaqələr qurmağa çalışacaq”.

“Kölgə MKİ” keçmiş SSRİ ölkələrinin əksəriyyətində Qərbə inamının azaldığını bildirib:

“Gürcüstan da böyük ehtimalla Abxaziya və Cənubi Osetiyaya qarşı mövqeyini yumşaldacaq. Tiflis gələn ildən etibarən Moskva ilə əlaqələrini artıracaq. Ukrayna isə daha çox Qərbin dəstəyinə ümid bəsləyir. Kiyev hökuməti Rusiya ilə müharibənin davam etdiyi müddət ərzində bu dəstəyin fasiləsiz olacağına əmin deyil. Moldovadan fərqli olaraq, Ukraynada rusiyayönlü lider seçilməyəcək. Amma Gürcüstan kimi Ukrayna da Avropa və Amerikadakı dəyişikliklər ucbatından Minsk razılaşmasına münasibətdə mövqeyini yumşalda bilər. Bununla eyni anda isə Kiyev Polşa və Baltikyanı ölkələrlə hərbi inteqrasiyasını artıracaq. Bu isə ABŞ-ın öz maraqlarına cavab vermədiyinə görə Mərkəzi və Şərqi Avropadakı qüvvələrini azaldacağı təqdirdə Kiyev üçün zəmanət olacaq.

Belarus isə son zamanlar Qərblə əlaqələrini gücləndirib. Bu proses heç bir halda dayandırılmamalıdır”.

Qarabağ konfliktinə toxunan “Stratfor” İrəvanda da Moskvaya qarşı inamın itdiyini bildirib:

“Apreldə Azərbaycanla Dağlıq Qarabağ ətrafında hərbi konflikt ortaya çıxanda Ermənistan Rusiyaya münasibətdəki loyallığının davamlılığını şübhə altına qoydu. Bu qarşıdurma həm də böyük ehtimalla Rusiyanın Suriya və Ukrayna konfliktinə başı qarışdığı üçün qızışmışdı. Əgər Qərb ABŞ və Avropadakı yeni administrasiyalar zamanı Moskvaya daha az çağırışlar təklif etsə, o zaman bu mübahisədə baş arbitr kimi öz təsirini gücləndirmək üçün əla mövqe əldə etmiş olacaq. Rusiya-Qərb qarşıdurmasında öz neytrallığını qoruyan ölkələr belə mövqelərində korrektələr apara bilərlər. Rusiya bir müddət öncə Özbəkistan və Azərbaycanla hərbi əməkdaşlığın gücləndirilməsinə istiqamətlənən danışıqlar aparıb. Bu ölkələr Moskva ilə silah alışı istiqamətində daha çox münasibətlərinin genişləndirilməsinə cəhd edirlər. Gələn il ABŞ hakimiyyətində yeni administrasiya olanda, Avropa Birliyində isə parçalanma artanda Rusiya özünün bir çox qonşu dövlətlərində təsirini bərpa etmək imkanlarından yararlana bilər. Lakin onun keçmiş sovet respublikalarına dönüşü 2000-ci illərin ilk on illiyinin sonundakından əhəmiyyətli dərəcədə az olacaq. O zaman ölkə iqtisadiyyatı sürətlə inkişaf edirdi və siyasi sistem indi ona narahatlıq verən problemlərdən uzaq idi”.

Tarix
2016.12.03 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla