Yuxarı

ABŞ-ın İrana hücum planı üzə çıxdı - Mattis

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin İrana hücum planı ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Mattisin bu planı 2011-ci ildə hazırladığını bildirib.

Belə ki, o zaman Mettis Tehranı 15 ABŞ əsgərinin ölümündə günahkar bilirdi. Buna görə də İrandakı neft mədənlərinin məhv edilməsi ilə bağlı xüsusi plan hazırlanmışdı, amma Obama administrasiyası bu təklifi rədd edib:

“Çox çətin dövrlər idi. Amerika o vaxt İranın dəstəyi ilə həyata keçirilən hücumları həll edə bilmişdi, İrandan gələn uzunmüddətli təhdidləri əngəlləmək üçün bu, yetərli deyildi. O vaxt ABŞ Müdafiə naziri Leon Panetta Mettisin təklifinin Ağ Ev tərəfindən qəbuledilməz olduğunu söyləmişdi. 2010-cu ildə ABŞ-ın Yaxın Şərq əməliyyatlarından məsul komandanı Mettis vəzifəyə gətirildiyi gün Obamaya, “üç məqsədim var. Birincisi İran, ikincisi İran, üçüncüsü də İrandır” demişdi”.

Qəzet Mettisin İran hücum planlarının fərqli tarixlərdə yenidən gündəmə gəldiyini bildirib. 2011-ci ildən sonra Mettis yenidən Obama administrasiyasına müraciət edərək, Hörmüz boğazındakı gəmiləri vurmaq planını təqdim edir. Lakin Obama zamanla onu İrandan uzaqlaşdırmağı bacarıb.

Üstəlik, Mettisə Tehranı İsrailin İranı vuracağı ilə bağlı hədələməsinə də izn verilmir.

Tarix
2017.01.11 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla