Yuxarı

Bank prezidenti İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi və qarşıdakı dövrdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında çox yaxşı əlaqələrin olduğunu bildirərək bu əməkdaşlığı yüksək qiymətləndirdi və müxtəlif layihələrin həyata keçirilməsi üzrə səmərəli əlaqələrin qurulduğunu deyib.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara toxunan dövlət başçısı ölkəmizdə özəl sektorun inkişafına daim diqqət göstərildiyini vurğulayıb.

Söhbət zamanı son vaxtlar Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əməkdaşlığa yeni imkanlar açdığı qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.01.16 / 12:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla