Yuxarı

Süleymanov Saakaşviliyə xəyanət etmədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Süleymanov Gürcüstan parlamentindəki Vahid Milli Hərəkat fraksiyasından çıxmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Süleymanov özü paylaşıb. O, Vahid Milli Hərəkat Partiyasını da tərk etməyəcəyini açıqlayıb.

“Mən Vahid Milli Hərəkatın üzvü olmuşam və indi də üzvüyəm. Bu fraksiyanın tərkibində fəaliyyətimi daha yaxşı Gürcüstan üçün davam etdirirəm” – deyə o bildirib.

Qeyd edək ki, Giqa Bokeriya və David Bakradzenin Vahid Milli Hərəkatdan ayrılmasından sonra parlamentdəki Vahid Milli Hərəkat fraksiyası da yox olmaqla üz-üzə qalıb. Belə ki, partiya lideri Saakaşvilinin yanından ayrılan şəxslər fraksiyadakı tərəfdarlarını da buradan çıxmağa məcbur edib. Nəticədə fraksiyanın tərkibində yalnız Nika Meliya, Tina Bokuçava, Koba Nakopiya, Salome Samadaşvili və Roman Qoçiridze qalıb. İndiyə qədər yeganə mövqeyi bəlli olmayan şəxs Azər Süleymanov hesab edilirdi. Məhz Süleymanovun qərarı sayəsində Vahid Milli Hərəkat parlamentdə fraksiya yaratmağı bacaracaq.

Son günlər Saakaşvilinin partiyasında parçalanmalar yaşanır. Partiyanın elitası olan şəxslər artıq buradan uzaqlaşaraq Avropa Gürcüstanı Partiyasını yaradıblar. Saakaşvili olanları milyarder Bidzina İvanişvilinin oyunu adlandırıb. Eks-prezident bu gün öz tərəfdarları ilə Kiyevdə görüş də keçirib.

Tarix
2017.01.16 / 21:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla