24 saat ərzində rus hərbçiləri bir neçə istiqamətdə hücum etdi
01:08
Ana səhifə Siyasət |
“Nyu York Tayms” qəzetinin hakerlər tərəfindən ələ keçirilən “@NYTvideo” adlı Tvitter hesabında Rusiyanın ABŞ-a raket zərbəsi endiricəyi bildirilib.
Axar.az xəbər verir ki, nəşrin Tvitter hesabına səhər saatlarında kiber hücumlar təşkil edilib.
“Son dəqiqə: Vladimir Putin ABŞ-a raket zərbələri endiricəyi ilə bağlı məlumat ötürüb” başlığı ilə paylaşılan xəbərdə Putinlə Trampın fotoları da yerləşdirilib və 1 saatdan sonra silinib.
Daha sonra sözügedən hesabdan yayılan açıqlamada, “Bu səhifədən bizim icazəmiz olmadan paylaşılan məlumatı sildik. Məsələ ilə bağlı araşdırma aparırıq”, deyə bildirilib.
Tarix
2017.01.23 / 22:36
|
Müəllif
Kamran Ədalət
|