Yuxarı

Astanada Suriya danışıqlarının ilk günü yekunlaşdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ilk günü yekunlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin nümayəndəsi Yəhya əl-Aridi məlumat verib.

Bir qədər əvvəl məlumatlı mənbənin bildirdiyinə görə, Astanada məsləhətləşmələr Suriya hökuməti və müxalifəti arasında əlaqəli şəkildə, BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə keçirilib. Danışıqlarda Suriyada atəşkəsin saxlanması mexanizmləri müzakirə olunub.

Danışıqlarda, ümumiyyətlə, yeddi tərəf iştirak edir. Bu sıraya Suriya hökuməti və müxalifətinin təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfiri daxildir.

Danışıqlar sabah davam etdiriləcək.

Tarix
2017.01.23 / 23:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla