Yuxarı

Millət vəkili gənclərin ölkədəki rolundan danışdı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azay Quliyev 2 fevral Gənclər günü münasibəti ilə seçiciləri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu gün deputat Azay Quliyev seçicisi olan gənclərlə Binəqədi rayonunda görüş keçirib. 2 fevral Gənclər gününün elan olunmasından ötən 20 il ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən Azay Quliyev dövlətimizin gənclərə olan qayğısı haqqında danışıb. Azay Quliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclər hərakatının formalaşma mərhələləri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə birinci Gənclər Forumunun keçirilməsi, bu tarixi proses haqqında xatirələrini bölüşüb.

​Deputat Azay Quliyev Leyla Quliyeva, Fidan Axundova, Nurlan Hacıyev, Sona Quliyeva və digər gənclərin beynəlxalq əməkdaşlıq proramlarında iştirak, multikutralizm sahəsində həyata keçirilən layihələr, beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi, gənclərin könüllülük mübadiləsi, təhsil və digər mövzularda suallarını cavalandırıb.

​Gənclər çıxış edərək təhsilində və ictimai fəaliyyətində fərqlənən bir qrup gəncin valideyninə Gənclər günü münasibəti ilə ünvanladığı məktuba görə deputatları Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Azay Quliyev görüşdə müzakirə olunan məsələlərin icrası və gənclərin irəli sürdüyü məsələlərin həlli ilə bağlı təkliflərini verib.

Tarix
2017.01.30 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla