Azərbaycan boksçusu Avropa çempionatında üçüncü oldu
23:20
Ana səhifə Siyasət |
Donbas bölgəsində gərginliyin artmasından narahatıq.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
“Dünən Donbasda müstəqillik tərəfdarlarının nəzarətində olan bölgələrə hücum qeydə alınıb. Ukraynalı əsgərlər top atışlarının yardımı ilə cəbhə xəttini keçib. Avdeyevdəki donbaslı milis dəstələri qarşılıq vermək məcburiyyətində qalıb. Nəticədə hücum dəf edilib. Hər iki tərəfdən itkilər var. Biz buna görə təəssüf hissi keçiririk”, - Peskov bildirib.
Kreml sözçüsü onu da əlavə edib ki, Ukrayna hakimiyyəti Minsk razılığını kobudcasına pozur.
Qeyd edək ki, dünən sözügedən bölgədə aktiv hərbi əməliyyatlar başlanıb.
Tarix
2017.01.31 / 18:47
|
Müəllif
Kamran Ədalət
|