Yuxarı

Xanım prezidentdən İlham Əliyevə dəvət - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:49

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlatdı, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğuladı. Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya Prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırıb. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevin Avropa İttifaqına səfərinin uğurlu keçdiyini bildirib, Azərbaycanın Avropa İttifaqı ilə yeni sənəd üzərində işlədiyini deyib, bu prosesin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirdi. Xorvatiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycan-Xorvatiya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti hökumətlərarası komissiyanın öz işini praktiki məsələlər üzərində cəmləşdirməsinin vacibliyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm roluna toxunan dövlətimizin başçısı ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu layihələrdə Xorvatiyanın da iştirak edə biləcəyini diqqətə çatdırıb.

Avropa İttifaqı ilə əlaqələrdən danışan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir. Azərbaycan Prezidenti ikitərəfli əlaqələrimizin həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu deyib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunuldu. Xorvatiya Prezidenti münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıb.

Tarix
2017.02.17 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla