Yuxarı

"Bakı görüşü bizə əlavə nüfuz gətirəcək”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimovun Bakıda görüşməsi Azərbaycan prezidenti İlham Əliyevin apardığı balanslı siyasətlə bağlıdır.

Musavat.com xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə jurnalistlərə açıqlamasında belə deyib. I vitse-spiker qeyd edib ki, bu münasibətlər konteksindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir:

“Eyni zamanda Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura Bakı-Tiflis-Qars dəmir yolunun, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbaycan Cənubi Qafqazın ən güclü, stabil və sabit dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”. Z.Əsgərov deyib ki, generalların Bakı görüşü Azərbaycana siyasi mənada çox böyük dividentlər gətirəcək. “Bu Azərbaycanın nüfuzu ilə bağlı olan məsələdir. Bu görüş Azərbaycan siyasi mənada çox böyük dividentlər gətirəcək. Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”. Birinci vitse-spiker qeyd edib ki, qərargah rəislərinin Bakı görüşündə Cənubi Qafqazdakı problemlər də müzakirə predmeti olub".

Z.Əsgərov Xocalı soyqırımının ildönümü tədbirlərindən də bəhs edib. “Hər il olduğu kimi bu il də Azərbaycan Milli Məclisi dünya ölkələrinin parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək”-deyə, bildirib. O əlavə edib ki, əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilib. “Bildiyiniz kimi, Milli Məclis Xocalı soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Milli Məclis hər il Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bu qərar qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.

“Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm”. Z.Əsgərov ölkə başçısının son sərəncamını şərh edərkən deyib. (Modern.az) Vitse-spiker bildirib ki, bu sərəncamdan sonra Cinayət Məcəlləsində azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq: “Bundan sonra çox sayda insan azadlıqdan məhrum edilmədən, cəzaları digər yüngül cəzalarla əvəz olunacaq. Sərəncamla cəza növü kimi ictimai işlərə cəlbetmə, cərimə və digər yüngül cəzalara üstünlük verilib. Bu isə Azərbaycanın apardığı humanist siyasətə cəza siyasətinin uyğunlaşdırılmasıdır. Yəni, cəza siyasətinin dövlət siyasətinə uyğunlaşdırılmasıdır”.

Birinci vitse-spiker sərəncamla yaradılacaq strukturlardan da danışıb: “Sərəncamla bir sıra yeni strukturlar yaradılacaq. Probasiya sözünün mənası sınaq deməkdir. Bu əsasən ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrdə tətbiq olunur. Burada söhbət ondan gedir ki, şəxs hər hansı bir cinayət edirsə, onun cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə, müəyyən olunacaq ki, o azadlıqdan məhrum etmə cəzası vermək olar yoxsa başqa cəza növü ilə əvəz etmək olar. Yəni, başqa cəzanı verəndə müddət qoyulacaq. Məsələn, ABŞ-da 5 ilə, digər ölkələrdə 3 ilə qədərdir. Yəni bu probasiya dövründə məhkumun özünün necə aparmasına baxılacaq”.

Tarix
2017.02.18 / 10:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla