Yuxarı

"Biz indi onlara necə inana bilərik?" - PA rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 200-300 il ərzində regionda aparılan siyasət Azərbaycan əleyhinə yönəlib, Azərbaycan torpaqları işğal edilib, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüb.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.

N.Məmmədov qeyd edib ki, bu siyasətin davamı olaraq Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib, Ermənistandan 250 min azərbaycanlının qovulması və Azərbaycanda yaşayan insanların öz doğma yurdlarından didərgin düşməsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün yaranıb.

PA rəsmisi bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə hektar münbit torpaqlarımız var və Azərbaycan o torpaqlardan istifadə edib öz iqtisadiyyatını inkişaf etdirə bilmir:

“Bu ərazilərdə məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bunların mənəvi zərərini qiymətləndirmək mümkün deyil. Dünya birliyi niyə bir milyondan artıq əhalinin fundamental hüquqlarının pozulması haqqında danışmır?! Bəs bunların səmimiliyi harada qaldı?! Biz indi onlara necə inana bilərik?! Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər qəbul edirlər, ancaq heç bir tədbir görmürlər. Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilinərdi, ancaq bu barədə düşünən yoxdur. Onlar ancaq öz maraqlarını güdürlər, iqtisadi, siyasi və geosiyasi maraqlarını güdürlər".

N.Məmmədov deyib ki, Azərbaycan dünyanın geosiyasi baxımdan mühüm bir hissəsində, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir:

"Ona görə də müəyyən təzyiqlərə məruz qalırıq. Ancaq bütün bu təzyiqlərə baxmayaraq, 25 il müharibə şəraitində olmağımıza baxmayaraq, Azərbaycan həm siyasi baxımdan, dünyanın enerji təhlükəsizliyini təmin etməklə, həm də idman sahəsində beynəlxalq aləmə böyük töhfələr verir".

Tarix
2017.02.22 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla