Yuxarı

Xocalı tədbirləri nəticə verir - Vitse-spiker

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımından 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç vaxt unudula bilməz.

Publika.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Z.Əsgərov deyib ki, Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir:

“Dinc əhali vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilib. Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarca adam girov götürülüb, kənd isə yandırılaraq yer üzündən silinib. Dağlıq Qarabağda Şuşadan sonra Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Ermənistandakı ata-baba yurdlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildən Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı”.

O qeyd edib ki, Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi şəkildə qətlə yeturilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb:

“Xocalıda törədilən dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubuiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götrülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu barədə beynəlxalq təşkilatlara da məlumat verilib”.

Z.Əsgərov vurğulayıb ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir:

“Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir”.

Tarix
2017.02.24 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla