Yuxarı

İlham Əliyev Əmir sarayında belə qarşılandı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 27-də Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü keçirilib.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin Mədəniyyət və İdman naziri Salah bin Qanem bin Nasir Əl Əli və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin Mədəniyyət və İdman naziri Salah bin Qanem bin Nasir Əl Əli və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov imzalayıblar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumunu Qətərin Nəqliyyat və Rabitə naziri Cassem bin Saif Əl Sulaiti və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.

“Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında” Anlaşma Memorandumunu Qətərin Nəqliyyat və Rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişə əlavə Protokolu Qətərin Nəqliyyat və Rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Qətərin Bələdiyyə və Ekologiya naziri Məhəmməd bin Abdullah Əl Rumaihi və Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.

Tarix
2017.02.27 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla