Ana səhifə Siyasət |
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniyanın birinci xanımı Maya İvanova ilə görüşüb.
Axar.az xəbər verir ki, Birinci xanım Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.
Makedoniyanın Birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib, onun gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Makedoniyada uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd edib, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Birinci xanım Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirib.
Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Tarix
2017.03.16 / 14:45
|
Müəllif
Axar.az
|