Yuxarı

Bakıdan İrəvanın müşahidəçi istəyinə cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə heç bir dəyişiklik olmayıb.

Report xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz:

"Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə Ermənistanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. Ölkədəki iqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəcəyi onların öz işləridir. Bizim onlara sözümüz odur ki, münaqişəni aradan qaldırmayacaqlarsa, vəziyyətləri düzəltmək onlar üçün mümkün olmayacaq. Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşsünlər".

Ə.Əhmədov bildirib ki, Ermənistanda keçiriləcək və gələcəkdə ölkənin idarəçilik mexanizmini köklü şəkildə dəyişməyi nəzərdə tutan parlament seçkilərinin bu ölkə üçün yaxşı nələrsə vəd edəcəyini düşünmür: "Azərbaycan isə bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil".

Tarix
2017.03.16 / 14:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla