Yuxarı

Karzaini: "Bakının mövqeyini daim dəstəkləyirik”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzaini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında dostluq və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli dialoqun və bu xüsusda prezidenti İlham Əliyevin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın 2017-ci il üzrə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik funksiyasını öz üzərinə götürdüyünü diqqətə çatdıraraq, 17 mart tarixində İstanbul Prosesində iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda keçiriləcək iclasının bu təşəbbüsə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir müavini Hikmət Karzai ölkəsinin İstanbul Prosesinə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın 2017-ci il üzrə İstanbul Prosesinə həmsədrlik etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Hikmət Karzai Əfqanıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd edib. O, Əfqanıstanın prezident İlham Əliyev tərəfindən 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi təşəbbüsünü tam şəkildə dəstəklədiyini qeyd edərək, ölkəsinin idmançılarının İslam həmrəylik oyunlarında yaxından iştirak edəcəyini deyib.

Həmçinin, Azərbaycanın NATO-nun Qətiyyətli dəstək missiyasına verdiyi töhfəsi də təqdir olunub.

Görüşdə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, nəqliyyat, elm-təhsil, təlim və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2017.03.16 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla