Yuxarı

“Avropalı dostlarımız ikili standartlardan əl çəkməlidir”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tükiyənin Moskva böyükelçiliyində Türkiyənin dövlət himni – “İstiqlal marşı”nın 96-cı ildönümü ilə bağlı istiqlal şairi Mehmen Akif Ersoyu anma törəni keçirib. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sayğı duruşuna qalxan toplantı iştirakçıları daha sonra İstiqlal Marşını oxuyublar. Ardınca Mehmet Akif Ersoyun həyatı ilə bağlı sənədli film təqdim edilib. Türkiyənin turizm nazirinin müavini Hüseyin Yayman mərasimə qonaq qismində qatılıb.

Mərasimdən sonra Türkiyənin Moskva böyükelçisi Hüseyin Diriöz Musavat.com-un bir neçə sualını cavablandırıb:

- Cənab səfir, Rusiya-Türkiyə münasibətlərinin bugünki durumunu necə qiymətləndirirsiniz?

- Qarşılıqlı münasibətlər davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə baş tutan Moskva səfərində “normallaşma sürəci” ifadəsinin bundan sonra qullanılmayacağını bildirdi. Hədəflərimiz daha irəliyə getmək, regionun iki böyük, güclü dövləti kimi bütün sahədə işbirliyini genişləndirməkdir.

- “Uçaq krizi” dönəmində münasibətlərin son dərəcə gərginləşməsinə baxmayaraq Türkiyə dövləti qısa zamanda siyasətini dəyişdirdi. Ankaranın bu addımlarına Rusiya diplomatiyası necə cavab verir?

- Qısaca onu deyə bilərəm ki, o dönəmi atlatdıq. “Yumşalma”, “yaxınlaşma” məsələlərini artıq müzakirə etmirik. Çünki hər iki tərəf sıx diplomatik ilişkilərin önəmini anlayır və o yöndə hərəkət edir. Qısa zamanda gündəmdə olan bir sıra məsələlərin də həll ediləcəyinə ümid edirik.

- Suriya böhranının çözülməsində Ankara-Moskva çalışmaları necə davam edir? Yaxın gələcək üçün hansı hədəflər müəyyən edilib?

- Bu yaxınlarda baş tutan Astana görüşü Suriya probleminə çözüm bulunması üçün çox önəmli toplantı oldu. Həm Türkiyə, həm Rusiya bu məsələdə bərabər çalışmaq niyyətlərini ortaya qoyub və artıq konkret işbirliyi başlayıb. Astana toplantısının Cenevrədə davam edən siyasi sürəcə də müsbət təsir edəcəyi düşüncəsindəyəm. Bütün beynəlxalq səylər öncə Hələbdə, daha sonra isə illərdir silahların susmadığı digər bölgələrdə atəşkəs əldə edilməsinə yönəlikdir. Asan deyil, amma dünya birliyi Suriya probleminin çözümü üçün ciddi şəkildə çalışır. Yaxın gələcək üçün nəzərdə tutulan bir sıra planlar üzərində iş gedir. Türkiyə Suriya problemindən ciddi şəkildə etkilənib. Sərhədlərində dinclik və sabitlik arzulayan Türkiyə bu atəşin söndürülməsi təşəbbüslərindən kənarda qala bilməz. Rusiyanın da konflikt başlayandan hansı mövqedə olduğu göz önündədir. İnanıram ki, Ankara və Moskva Suriyada savaşın dayandırılması prosesinə ciddi qatqı verə biləcək.

- Türkiyə Cümhuriyyəti son bir neçə ildə ard-arda diplomatik gərginliklər yaşamaqdadır. Rusiya ilə münasibətlər yoluna girdiyi bir dönəmdə Avropa ilə münasibətlər soyumaqda davam edir. Niderlandda yaşananlar bunu açıq şəkildə ortaya qoymuş oldu.

- Dövlətlərarası münasibətlər bütün dünyada qəbul edilən təməl prinsiplər üzərində qurulmalıdır. Türkiyənin Avropadakı ortaqları, dostları bu təməl prinsiplərə bağlı olduqlarını bildirirlərsə, addımlarını da bu çərçivələrə uydurmalıdırlar. Söhbət hürriyyət, toplaşmaq azadlığından, bir sıra diplomatik qurallardan gedir. Onlar bu qurallara daha ciddi əməl etməli, Türkiyəyə qarşı ikili standartlar qullanmamalıdırlar. İkili münasibətlərin bu şərtlər daxilində davam etdirilməsə hər hansı problemin ortaya çıxacağını düşünmürəm. Avropalı dostlarımızdan bu prinsiplərə duyarlı olmalarını bəkləyirik.

Tarix
2017.03.20 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla