Yuxarı

İlham Əliyev 2 sərəncam imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:46

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlyas Maqomed-Salamoviç Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov “Dostluq” ordeni ilə təltif edilib.

18:45

İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor

Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik

Usubov Mütəllim Məhiş oğlu - polkovnik

“Vətən uğrunda” medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor

Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan

Səfərov Fuad Vaqif oğlu - polkovnik

Süleymanov Elşən Müzəffər oğlu - mayor

“İgidliyə görə” medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş

Fərzəliyev Muradxan Arif oğlu - kapitan

Rəsulov Ramin Qabil oğlu - mayor

Yusifzadə Emin Elxan oğlu - kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor

Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı

Həmzəyev Rəşad Firidun oğlu - polkovnik

Qasımov Səbuhi Vaqif oğlu - mayor

Məmmədov Madar İbrahim oğlu - kapitan

Məsimov Nazim Abbas oğlu – kapitan

Musayev Mehman Fikrət oğlu - polkovnik

Paşayev Elnur Elman oğlu - kapitan.

Tarix
2017.03.27 / 18:45
Müəllif
Axar.az
Oxunub
8 273
Şərhlər
Digər xəbərlər

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla