Yuxarı

Təəssüf ki, hələ də Ermənistana…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Malatyada “Qarabağ hekayələri”nin imza mərasimində iştirak edib və İsmət İnönü Universitetinin rektoru ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, türk dünyasının bir sıra problemləri ilə yanaşı, gənclərin təhsilə daha çox meyilləndirilməsinin önəmi barədə geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili universitetdə Azərbaycan və ya türk dünyası mərkəzinin açılması təklifi ilə çıxış edib. O, mərkəz üçün Azərbaycanla bağlı lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən universitetə hədiyyə ediləcəyini deyib.

Universitetin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib.

Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

Q.Paşayeva və İmdad Avşar bildiriblər ki, “Qarabağ hekayələri” kitabının hazırlanmasında əsas məqsəd Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermədir.

Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən, beynəlxalq təşkilatların ikili standartlarından danışan millət vəkili BMT TŞ, AŞPA və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana hələ də heç bir təzyiq göstərilməməsini təəssüflə qeyd edib.

Tarix
2017.03.29 / 13:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla