Yuxarı

Bakının hərbi qüdrəti İrəvanı buna vadar edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir.

Axar.az-ın məlumatına görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ter Tadevosyanın çıxışını şərh edən Ş.Ramaldanov ermənilərin mütəmadi olaraq belə çıxışlar etdiyini bildirib:

"Mən belə başa düşdüm ki, onlar bir hərbçi kimi Sarkisyanın sözlərini dəstəkləməklə əsaslandırmağa çalışırlar. Ancaq bu fikirlərin hamısının əsasında yenə də bizə hədə-qorxu gəlmək istəyi dayanır. Bu günlər "Qarabağ klanı" aktivləşib, səbəb isə seçkiqabağı kampaniyada Ermənistanda iqtidarda olan partiyanın fəaliyyətini dəstəkləməkdir. Hər dəfə bu mövzuda müəyyən çıxışlar etməklə daha bir məqsəd seçkiqabağı kampaniyada maksimum dividentlər qazanmaqdır. O ki qaldı Ter Tadevosyanın dediklərinə, onun açıqlamaları tamamən yalanlar, iftiralar üzərində qurulub. O deyir ki, aprel hadisələri zamanı Azərbaycan hücum əməliyyatı keçirib. Əslində isə Azərbaycan əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını alıb. Ermənilər martın sonlarında və aprel ayının əvvələrində müəyyən bir şəkildə aktiv hərəkətə keçdilər. Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində düşmənin qarşısını aldı və əks-zərbə əməliyyatı keçirərək bir sıra məntəqələri, xüsusilə də bəzi yüksəklikləri azad etdi və həmin ərazilərə yaxın olan yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etdi".

Hərbi ekspert qeyd edib ki, bu, Azərbaycan Ordusu tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatdır:

"Bu, hücum əməliyyatı deyil. Çünki hücum əməliyyatı keçirən tərəf müəyyən hazırlıqlar görür. İndi mənim o “general”a taktikadan dərs keçmək fikrim yoxdur, nə də onu öyrətmək istəmirəm ki, hücum əməliyyatı keçirəndə hansı tədbirlər görülür. O ki qaldı, 12 məntəqənin və yaxud hədəflərin vurulmasına. Niyə 12-dir, 14-15, ya da 20 deyil? Bunlar açıqlanmır. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda Hərbi Hava Qüvvələri tərəfindən mühüm obyektlər havadan mühafizə və müdafiə olunur. Bütün ola biləcək təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi?"

O əlavə edib ki, Ermənistan rəhbərliyi ancaq "vuraram, dağıdaram, bunu edərəm, onu edərəm" kimi boş-boş fərziyələr söyləməklə Ermənistan cəmiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaqla məşğuldur:

"Azərbaycan isə “Ermənistan cəmiyyəti, əsgər anaları! Əgər siz övladlarınızı itirmək istəmirsinizsə, erməni ordusu işğal olunmuş Azərbaycan torpaqlarından çıxsın” deməklə yenə də məsələnin sülh yolu ilə, qansız-qadasız həllinə çalışır. Biz bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyik. Əminəm ki, Ermənistan öz işğalçı niy­yə­tin­dən əl çəkmədiyi təqdirdə, aprel döyüşləri kimi, Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks-zərbə əməliyyatlarımız hələ çox olacaq. Ərazi bütövlüyümüz təmin olunana qədər. Bu zaman düşmən itkiləri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaq. Yəni belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə gətirib çıxaracaq".

Ş.Ramaldanov bildirib ki, bütün bu hədə-qorxu dolu fikirlərin dilə gətirilməsi daha çox Azərba­y­canın hərbi qüdrətinin güclənməsi ilə bağlıdır:

"Azərbaycan iqtisadiyyatının inki­şafı, daxili sabitlik, Azərbaycan Ordusunda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içində saxlayır. Mənə elə gəlir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüzlə, qüdrətimizlə və gələcəkdə torpaqlarımızı azad etməkdə israrlı olmağımızla da bağlıdır. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımi səviyyədə cavab verməyə hər an qadirdir. Bir də ki, “İskəndər” raketləri ilə bizim 12 məntəqəmizə və bir çox hədəflərimizə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi də yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sis­tem­ləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənis­tan­da yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir".

Tarix
2017.03.30 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla