Yuxarı

Azərbaycanlılardan xəbərdarlıq: Qan töküləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkükdə türkman varlığı və reallığını dəyişdirməyə imkan verməyəcəyik.

Axar.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi söyləyib.

“Kərkükdə kürd siyasi partiyaları bayraq böhranı yaradıblar və bununla fitnəni başladıblar. Təktərəfli qərarlar və əmrlərlə türkman varlığını Kərkükdən silmək olmaz. Bu cür mövqelər sayəsində tərəflər arasında yalnız ölümlər olacaq. Kərkükün təhlükəsizliyi üçün birgə yaşamalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Kərkük valiliyi şəhərdə İraq bayraqları ilə yanaşı, kürd bayraqlarının da asılması haqqında qərar qəbul edib. Bu, türkmanların və ərəblərin etirazına səbəb olub. Üstəlik, İraq Kürd Muxtar Vilayəti yenidən Kərkükün öz ərazisi olduğunu iddia etməyə başlayıb. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir.

Şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb. Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır.

İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.

Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.

Tarix
2017.04.24 / 12:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla