Yuxarı

Türkiyənin Qarabağ mövqeyi Rusiyada "qorxulu yuxu" yaradır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Gömrük ittifaqına mümkün üzvlüyü məsələsi vaxtaşırı Rusiya ekspertlərinin, rəsmi şəxslərinin dili ilə gündəmə gətirilir. Prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün Azərbaycana dəfələrlə müxtəlif formalarda, diplomatik, siyasi kanallarla təzyiqlər edilib.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan qeyd edilən birliklərə üzv olmağı qəbul etmir. Bəs Azərbaycan bu təşkilatlara üzv olarsa, ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyrimizə hər hansı dəyişikliyin baş verməsi mümkündürmü?

Mövzu ilə bağlı Musavat.com-a fikir bildirən politoloq Mübariz Əhmədoğlu hesab edir ki, bu kimi məsələlərin Azərbaycanda da müzakirəyə çıxarılması Rusiya ilə münasibətlərimizə kölgə salıb:

“Bəlkə də bu, Rusiyada əlavə bir həvəs yaratdı. Onlar düşünürdülər ki, Dağlıq Qarabağ Azərbaycanındır və bu torpaqlar sahiblərinə qaytarılmalıdır. Ancaq bu kimi hallar yaşanınca onlar da hesab etdilər ki, Azərbaycan cəmiyyətində Avrasiya İqtisadi Birliyinə üzv olmağı istəyən qüvvələr var. Bu baxımdan, ortaya fikirlər atıldı ki, Azərbaycan bu ittifaqa üzv olsun, sonra Dağlıq Qarabağ məsələsi ilə məşğul olarıq. Real olan budur ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmadan da Dağlıq Qarabağ məsələsini həll etmək gücündədir. Azərbaycanın bu məsələdə gücünün əsas hissəsini rəsmi Bakının, ölkə rəhbərinin şəxsən Rusiya istiqamətində apardığı siyasət təşkil edir. Moskvanın Qarabağ məsələsində hər hansı şərtini qəbul etsək, Rusiya növbəti bu dəfə tamamilə fərqli bir şərt irəli sürəcək. 2008-ci ildə Saakaşvili hakimiyyətə gəldikdən sonra Rusiya Azərbaycanın qarşısında şərt qoydu ki, Gürcüstanla bütün əlaqələr kəsilsin. Çünki Gürcüstanın əsas iqtisadi, həyat mənbəyi Azərbaycandır. Lakin biz Rusiyanın bu şərtini qəbul etmədik. Yaxşı, belə olduğu təqdirdə Rusiya bizimlə əbədi düşmən oldu? Xeyr, bir müddət sonra yenə münasibətlər normal vəziyyətə düşdü. İndi də Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Hazırda Azərbaycanla Rusiya arasında çox dinamik münasibətlər sistemi var. Təbii ki, burada həm problemlər, həm də həllini tapmış məsələlər mövcuddur”.

Politoloq onu da qeyd etdi ki, məhz Azərbaycanın apardığı siyasət nəticəsində Rusiya bu gün ermənipərəst dövlət deyil:

“Dağlıq Qarabağ münaqişəsi kontekstindən baxanda Rusiyanın, sadəcə olaraq, özünün marağı var. Rusiyanın son marağı isə birinci bu məsələ üzərində qurulub ki, onlar regionu silahlanma yarışına çevirsinlər. Eyni zamanda Ermənistanın və Azərbaycanın Moskvadakı diasporlarının pulunu Rusiya yeri gələndə öz pulu hesab edir. Deyir ki, Azərbaycan diasporu silah alıb Bakıya, Ermənistan diasporu da silah alıb, İrəvana göndərsin. Bu baxımdan, düşünmürəm ki, Rusiya konkret olaraq ermənilərə kömək edir. Onlar, sadəcə olaraq, öz maraqlarına xidmət edirlər. İkinci vacib məsələ də ondan ibarətdir ki, Rusiya Türkiyə amilini çox ciddi nəzərə alır. Azərbaycan cəmiyyətində Türkiyənin oynaya biləcəyi rol Rusiyada çox qorxulu ”yuxular" yaradır. Rusiya bu istiqamətdə də özü üçün müəyyən zəmanət əldə etmək istəyir. Bəlli olduğu kimi, Rusiya hazırda Yaxın Şərq istiqamətində mövqelərini gücləndirməyə çalışır. Onların Yaxın Şərq siyasətlərinin taleyi isə Türkiyə və İranla münasibətlərindən asılıdır. Rusiyanın bu iki ölkə ilə münasibətlərinin necə olacağının böyük bir hissəsi isə Azərbaycandan asılı olan məsələdir. Əgər Azərbaycan Rusiyaya qarşı neqativ münasibətdə olarsa, qısa müddət ərzində Türkiyə və İran da Kremlə qarşı çox kəskin mövqeyində dayanarlar. Ona görə də biz, söylədiyim bu “kozur”dan istifadə etməliyik. Bu məqam, sadalanan ittifaqlara üzvlükdən də çox üstün məsələdir. Nəzərə almalıyıq ki, Rusiya-Azərbaycan münasibətləri, dinamik, maraqlı və ziddiyyətli olsa da, Azərbaycanın da proseslərə müdaxilə etmək imkanı var. Fikir verək ki, Rusiya Ermənistana silah satdıqca, Azərbaycan silah almaq üçün digər ölkələrə üz tutur. Yəni Rusiyadan silah idxalını azaldır. Eyni zamanda Rusiyanın təyyarə zavodu açmaq kimi təkliflərini də qəbul etmirik. Bunlar Dağlıq Qarabağ münaqişəsi üzərindən silahlanma yarışı ilə bağlı qurulan planlara qarşı çıxmaq deməkdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Rusiya üçün də təhlükədir. Çünki münaqişə ərazisinin qonşuluğunda İran və onun tarixi maraqları var. Ən vacib məsələ odur ki, Ermənistan “ingilis bayrağı” kimi dövlətdir. Bir gün Qərbə, bir gün Rusiyaya qaçır. Rusiya da bunu yaxşı anlayır və zaman keçdikcə Avrasiya İqtisadi Birliyi ilə bağlı ortaya atılan şərtləri də neytrallaşdıracağıq".

Tarix
2017.04.26 / 09:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla