Yuxarı

Avropanın Türkiyə qərəzi: Ankara AŞPA-dan çıxacaq? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı AŞPA-nın işinə ciddi xələl gətirəcək.

Bu sözləri Axar.az-a Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi bərpa etmək qərarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq AŞPA-nın Türkiyəyə qarşı yenidən qərəzli siyasət həyata keçirməyə başladığını deyib:

“Türkiyə kimi demokratiyası inkişaf etmiş, qanunları tamamilə Avropa standartlarına uyğun gələn, Avropa Birliyinə namizəd olan bir ölkədə qanunlara və bütövlükdə idarəetmə sisteminə nəzarət monitorinqlərinin keçirilməsi qərarı Ankara üçün ağır bir yanaşmadır. Çünki Türkiyəyə belə bir münasibət onu bir növ aşağı səviyyəli dövlətlər vəziyyətinə qatmaq deməkdir. İnanmıram ki, Türkiyə monitorinq sisteminin öz ölkəsində keçirilməsinə icazə versin. Hətta lazım gələrsə, Türkiyə Avropa Şurasından çıxa da bilər. Doğrudur, bu, ölkə üçün əhəmiyyətli deyil, amma prinsipial olaraq Türkiyə monitorinq sisteminin qəbul edilməsi haqqında qərarın ləğv edilməsi uğrunda mübarizə aparacaq”.

Politoloqun sözlərinə görə, AŞPA qərarını ləğv etməsə, Türkiyə ilə münasibətləri xeyli soyuqlaşacaq:

“Bu da bütövlükdə Avropa Şurasının işinə ciddi xələl gətirəcək. Çünki Türkiyə Avropanın ən böyük dövlətlərindən biridir və Türkiyənin AŞPA-da qalması çoxlu türk deputatın orada olması deməkdir. Türkiyə özünün müsbət implusları ilə AŞPA-nın bütövlükdə fəaliyyətinə pozitiv yön verir. Əgər AŞPA bu gün Türkiyə ilə bağlı belə bir qərara gəlibsə, burada subyektiv məqamlar var. Çünki bu cür yanaşma Türkiyəyə qarşı suni rəylərdən başqa bir şey deyil”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib.

AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.

Tarix
2017.04.26 / 12:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla