Yuxarı

İrəvan Bakı ilə Kiyevi necə üz-üzə qoymaq istəyir – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ukraynanı üz-üzə qoymaq istəyən 3 qüvvə var. Birincisi, Rusiyadakı siyasi mərkəzlərdir, ikincisi Ermənistandır, üçüncüsü Ukraynada ermənilərin təsiri altında olan qruplardır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan şirkətlərinin guya Krımda iqtisadi forumda iştirak etməsi ilə bağlı yayılan yalan məlumatı şərh edərkən qeyd edib. Onun sözlərinə görə, bu xəbərin mənbəyi Rusiyanın və ya Ermənistanın xəbər agentlikləri ola bilər:

“Bu, Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Adları çəkilən Azərbaycan şirkətlərinin və banklarının hər birinin təmsilçisi açıqlayıb ki, Yaltadakı iqtisadi forumda iştirak etməyiblər. Çünki bunun əksi sübut olunarsa, bu bizə ikiqat zərbə olacaq.

Birincisi, bu bizim illərdir Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə qarşı yürütdüyümüz sərt siyasəti zəiflədəcək, ikincisi, Ukrayna ilə münasibətlərdə gərginlik yaşayacağıq. Yaxşı yadımdadır, Rusiya Krımı işğal etdikdən sonra bir ara Azərbaycan vətəndaşlarını da yarımadaya səfərlərə həvəsləndirmək istəyirdi, bəzi turizm şirkətlərimiz az qala bu tələyə düşəcəkdi, Azərbaycanın müvafiq orqanları bunun qarşısını zamanında aldı. Görünür, yenidən hamını xəbərdar etməyə ehtiyac var: “Azərbaycan vətəndaşları Krıma səfər etməməlidirlər, orada biznes fəaliyyəti göstərməməli, müqavilələr imzalamamalıdır. Yox əgər kimsə Krımda qohumuna və ya xəstəsinə baş çəkmək istəyirsə, bunu yalnız Ukraynanın müvafiq istansiyalarının icazəsini aldıqdan sonra reallaşdırmalıdır". Necə ki, biz Dağlıq Qarabağa qeyri-qanunu səfərlər edənlərə qarşı cinayət işi açırıq, onları qara siyahıya salırıq, eyni hüquqdan Ukrayna da istifadə edir”.

Tarix
2017.04.27 / 09:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla