Yuxarı

Zaxarova Azərbaycan mediasını niyə təhqir etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarova Azərbaycan saytlarından birində hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib. Mariya Zaxarova mediamızın ünvanına “qaba” ifadəsini 5-6 dəfə təkrarlayıb. Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu ötən gün APA-nın Moskva müxbirinin Rusiya XİN sözçüsünə verddiyi sualın cavabında M.Zaxarovanın səsləndirdiyi təhqiramiz ifadələri şərh edərkən deyib. E.Şahinoğlu bildirib ki, əslində, Zaxarova suala cavab verə bilmədiyi üçün mediamızı təhqir edib:

“Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, Moskva Rusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən-qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əsgərovun azad olunması üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartdır. Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir”.

Politoloq bildirib ki, bu təhqirin cavabı XİN sözçüsü Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov səviyyəsində cavabını almalıdır:

“Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, “qaba” adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Bizi təhqir edənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərlərmi?”

Tarix
2017.04.28 / 09:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla