Yuxarı

Bakı dünən silah aldı, bu gün Moskvada kritik görüşə getdi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bölgədə yeni müharibə riskini istəmirsə, onda sülhə nail olmağın yollarını göstərməlidir.

Bu sözləri Axar.az-a Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Moskva görüşünün baş tutmasını müsbət hal hesab edən politoloq görüşdə gündəmin zəngin olma ehtimalını da istisna etməyib:

“Bir sıra prinsipial məsələlərdə irəliləyişlər əldə edilsə, bu, prezidentlərin görüşünə yol aça bilər. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov müsbət irəliləyişlərin gözlənildiyini qeyd edibsə, bu, qarşılıqlı kompromislərin mövcud olmasından xəbər verir. Ona görə də tərəflər bəzi məsələlərdə bir-birinə güzəştə getməlidir. Ancaq elə prinsipial məsələlər var ki, Azərbaycanın güzəşt limiti bitib. Bakı danışıqların davam etməsi və sülh sazişi ilə bitməsi naminə güzəştə gedə bilər. Bu məsələdə Ruisyadan çox şey asılıdır. Əgər Rusiya bölgədə yeni müharibə riskini istəmirsə, onda sülhə nail olmağın yollarını göstərməlidir. Yəni Moskva da prosesə qatılmalı, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Dağlıq Qarabağ məsələsinin həllinə təkan verməlidir”.

Politoloq bu fonda son günlər Azərbaycanın Rusiyadan yeni döyüş silahları almasına da toxunub:

“İrəvanın konstruktiv mövqeyindən çox şey asılı olacaq. Ermənistan bu dəfə də status məsələsini ön plana çəksə, danışıqlar yenidən pozulacaq. Bu isə yaxşı heç nə vəd etmir. Əgər Moskvada dünya təcrübəsinə uyğun olaraq muxtariyyətin ən yüksək formaları ətrafında polemikalar gedərsə, zənnimcə, bu məsələdə Azərbaycan kompromislərə gedə bilər. Əks təqdirdə, problemin həlli uzana bilər. Bu isə yalnız Ermənistanın ziyanına olacaq. Moskva görüşündə azacıq tərpəniş belə daha ciddi irəliləyişlər üçün baza rolunu oynaya bilər. Ümid zəif də olsa, hər halda danışıqların davam etdirilməsi yaxşı olardı”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin bugünkü Moskva görüşü artıq başlayıb.

Tarix
2017.04.28 / 13:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla