Yuxarı

Deputatlarımız Brüsselə yollandı - İclas

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Kamran Bayramov, Azər Kərimli, Elşad Həsənov və Elman Nəsirov qurumun 14-cü plenar sessiyasında iştirak etmək üçün mayın 1-dən 4-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan yeni çoxtərəfli müqaviləyə dair müzakirə aparılacaq, məqsədlər və imkanlar araşdırılacaq.

Qurumun həmsədrləri Cavanşir Feyziyevlə Səyyad Kərim ikitərəfli əlaqələrin dərinləşməsində Parlament Əməkdaşlıq Komitəsinin rolunun artırılmasına dair təkliflərini diqqətə çatdıracaqlar.

Plenar iclasda qurumun vitse-həmsədri Kamran Bayramov “Azərbaycanda siyasi dialoq və islahatlar”, Elman Nəsirov isə “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda məruzə edəcəklər. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər” barədə Azər Kərimli və Elşad Həsənov komitə üzvlərinə ətraflı məlumat verəcəklər.

Sessiyanın yekununda Birgə Bəyanat və Tövsiyələr qəbul ediləcək.

Tarix
2017.04.29 / 10:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla