Yuxarı

Türkiyə Sevr müqaviləsinə sürüklənir – 100 illik plan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə tərəfdən bu görüşdə qaldırılan əsas məsələ əlbəttə, ABŞ-ın YPG-yə silahlı yardım göstərməsi ilə bağlı idi. Təbii ki, Türkiyə bu məsələdə olduqca həssasdır. Ankaranın həssaslığını qəbul etmək lazımdır. Qərb nə qədər PKK ilə YPG-nin bərabərliyini qəbul etməsə də, faktlar başqa şeylərdən xəbər verir.

Axar.az xəbər verir ki, bunu mayın 16-da Vaşinqtonda ABŞ və Türkiyə prezidentləri arasında keçirilən görüşü Teleqraf.com-a şərh edən politoloq Fərhad Mehdiyev bildirib.

F.Mehdiyev qeyd edib ki, YPG-nin özünə Abdullah Öcalanı lider görməsi ilə bağlı dəqiq məlumata malikdir:

“Canlı şahidlər mənə deyiblər ki, YPG-nin təhsil müəssisələrində, düşərgələrində Abdullah Öcalanın fotoları asılıb. Demək, YPG ilə PKK arasındakı əlaqəni istisna etmək mümkün deyil. YPG gücləndiyi təqdirdə kürdlərin müstəqilliyinin, sadəcə, Suriya ərazisində deyil, eyni zamanda Türkiyə ərazisində yerləşən PKK ilə əlaqələndirilmə ehtimalı olduqca yüksəkdir. Ərdoğan da Trampla görüşündə əsasən, bu məsələni qabardıb. Amma Ərdoğanın bu istəyi yerinə yetiriləcəkmi? Məncə, yetirilməyəcək. Çünki kürdlərə müstəqillik verilməsi, onlar üçün müstəqil dövlətin qurulması Amerikanın çox qədim planlarından biridir”.

Politoloq bildirib ki, I Dünya müharibəsi başa çatdığı zaman ABŞ Prezidenti Vudro Vilsonun irəli sürdüyü 18 maddəlik sülh planı var idi:

“Həmin sülh planında açıq-aşkar qeyd olunmur, amma 1920-ci ildə imzalanan Sevr müqaviləsində kürd dövlətinin qurulması birbaşa nəzərdə tutulurdu. Bu planın da müəllifi qeyd etdiyim kimi, Vudro Vilson idi. Biz bu gün görürük ki, proseslər yavaş-yavaş bu istiqamətdə gedir. Əvvəlcə İraqda Bərzaninin başçılığı altında Kürd Muxtariyyəti quruldu, indi isə Suriyada kürdlərə müəyyən güzəştlər verilir. Əslində, kürdlərə silah dəstəyinin verilməsinin səbəbi budur. Kürdlərə silah dəstəyi veriləndə İŞİD-ə qarşı mübarizədə onlar da aktiv rol alacaqlar. İŞİD-i məğlub edəndən sonra kürdlər deyəcəklər ki, bu müharibənin qaliblərindən biri də bizik, bizə burdan pay çatmalıdır. Həmin payı bizə məhz dövlətin qurulması kimi nəzərdə tutmaq mümkündür. Ərdoğan Amerikaya bunların qarşısını almaq üçün getmişdi. Amma Vaşinqtonun siyasəti bir-iki görüşlə, yaxud təzyiqlə dəyişən siyasət deyil. Biz bunu yaxşı bilirik. Görünən budur ki, bu səfərin nəticələri Türkiyə üçün uğurlu olmayacaq. Yəni, Amerika böyük ehtimalla öz fikrindən daşınmayacaq”.

F.Mehdiyev bildirib ki, böyük ehtimalla bu görüş nəticəsiz başa çatacaq:

“İşin bir tərəfi budur ki, görüşdən sonrakı ortaq açıqlamada Ərdoğan, əslində, Trampa çatdırmaq istədiyi mesajları bir daha dedi. Beynəlxalq pressinq yaratmaq da çox çətindir. Əfsuslar olsun ki, kürd məsələsində dünya Türkiyənin tərəfində deyil. Bəzi dövlətlər ya üstüörtülü şəkildə kürdləri dəstəkləyir, ya da neytral qalırlar. Qərb dünyasında Türkiyənin tərəfində çox ölkə görmək çətindir”.

Qeyd edək ki, mayın 16-da Vaşinqtonda ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib.

Tarix
2017.05.17 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla