Yuxarı

Bu gün azərbaycanlılar onu prezident edəcək – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasında növbəti 4 il üçün prezident seçkiləri keçirilir. Seçkinin iki əsas favoriti var - hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani və qatı mühafizəkar, inqilabçı, sərt xətt tərəfdarı Seyyid İbrahim Rəisi.

Bu sözləri İranda bu gün keçirilən prezident seçkilərini Axar.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, çoxsaylı namizədlər içində 6 nəfərin qeydiyyata alınmasına baxmayaraq, hazırda 4 şəxsin adı seçki bülletenindədir:

“Tehran meri Məhəmməd Baqir Qalibaf İbrahim Rəisinin, İshaq Cahangiri isə Həsən Ruhaninin xeyrinə namizədlikdən imtina etdi. Hazırda Həsən Ruhani, Mustafa Haşemi Taba, İbrahim Rəisi və Mustafa Mirsəlim seçki yarışındadır. Mustafa Haşemi iki gün öncə seçimini etdi, Həsən Ruhaniyə səs verəcəyini bildirdi və tərəfdarlarını hazırkı prezidentə səs verməyə çağırdı. Beləliklə, hazırda o, formal olaraq seçkiyə qatılıb. Müstəqil namizəd Mustafa Mirsəlimin seçilmə şansı isə çox aşağıdır”.

Politoloq vurğulayıb ki, İranda hazırkı seçki bölgədə ciddi hadisələrin yaşandığı vaxta təsadüf edir.

“Ruhani və Rəisi arasında gedən siyasi mübarizə əsasən islahatçılarla mühafizəkarların mübarizəsi kimi xarakterizə olunur. Bu seçkilər İranın da iştirak etdiyi Yaxın Şərqdə davam edən qeyri-müəyyən siyasət və müharibə şəraitində keçir. İranın xarici və daxili siyasətində mühüm rol oynaya biləcək bu seçkilərdə ölkə əhalisinin böyük əksəriyyətinin islahatçı qanada səs verməsi gözlənilir. Düzdür, ABŞ-ın son vaxtlar İrana qarşı “sərt xətt” kursunu götürməsi mühafizəkarların reytinqini yüksəldib, Tehrana sanksiyalar çağırışı SEPAH və digər prezidentə tabe olmayan qrupların təsir imkanlarını gücləndirib və bu qruplar da mühafizəkar Rəisini dəstəkləyir. Ancaq İran nə qədər teokratik və qapalı rejim olsa da, seçkilərdə xalqın səsi mühüm əhəmiyyət daşıyır. İran xalqı isə Qərblə siyasi-iqtisadi əlaqələrin tərəfdarıdır və Rəisi tərəfindən başladılaca biləcək yeni siyasi qarşıdurmanın əleyhinədir”.

M.Əsədullazadənin fikrincə, bu seçkilərdə azərbaycanlılar da islahatçıların namizədinə səs verəcək:

“Ruhani ötən dəfə seçki öncəsi Azərbaycan türklərinə verdiyi vədləri yerinə yetirmədi, Təbriz Universitetində Azərbaycan dilində kafedranın açılması, milli kimliyin qabardılması və İran parlamentində Türk fraksiyasının yaradılması ilə bu 4 ildə kiçicik hadisələrlə yadda qaldı. Amma mühafizəkarların qələbəsi reallaşarsa, Azərbaycan türklərinin siyasi-mədəni inkişafının qarşısı tamamilə alınacaq. Ona görə də bu gün Azərbaycan türklərinin Həsən Ruhaniyə səs verəcəyi gözlənilir”.

Tarix
2017.05.19 / 12:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla