Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 İyun 2017


ATƏT həmsədrlərinin Bakıya qarşı bəyanatı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi dünyanın aparıcı güclərinin nüfuzuna da müsbət təsir göstərə bilər.

Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya bu nüfuzu qazana bilmirlər. Əksinə, davamlı şəkildə torpaqları işğal altında olan dövlətə-Azərbaycana müxtəlif vasitələr, diplomatik yollarla təzyiqlər edirlər.

Mayın 18-də, Laçının Ermənistan tərəfindən işğal edildiyi gün ATƏT-in Minsk qrupunun həmsədrləri dolayı yolla da olsa Azərbaycanı qınayan bəyanat yayıblar. Həmsədrlər iddia edirlər ki, mayın 15-də Azərbaycan tərəfdən təmas xəttinin o biri tərəfinə raket zərbələri endirilib: “Mayın 16-sı və 17-də Ermənistan silahlı qüvvələri müxtəlif çaplı minaatanlarla cavab atəşi açıblar”.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev diplomatlara cavab olaraq bildirib: "Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək yenilənmiş Madrid prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında mayın 18-də verdikləri standart bəyanatı simptomatik xarakter daşıyır”.

Nazirlik təmsilçisi onu da vurğulayıb ki, Azərbaycan ordusu öz suveren ərazisindədir və ölkənin təhlükəsizliyini təmin edir.

Çox təəssüfləndirici və heyrətedici haldır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri həya etmədən bildirirlər ki, mayın 16-sı və 17-də Ermənistan silahlı qüvvələri “cavab atəşi” açıb. Axı, Ermənistan hərbçilərinin Azərbaycan torpaqlarında nə işi var? İndiyədək bu beynəlxalq qurum və onun Minsk qrupundakı həmsədrləri Azərbaycan torpaqlarının Ermənistan və ya onun himayədarı tərəfindən işğal edildiyi faktını dilə gətirməyiblər.

Belə hesab etmək olar ki, həmsədrlər Ermənistan prezidenti Serj Sarqsyana dəstək vermək və ya onun xoşuna gəlmək üçün bu bəyanatı səsləndiriblər.

Ötən gün S.Sərkisyan Ermənistanın yeni parlamentinin ilk iclasındakı çıxışında Madrid prinsiplərindən imtina etdiklərini və Kazan prinsiplərini əsas götürdüklərini bəyan edib. Bununla da rəsmi İrəvan 1997-ci ildən gündəmdə olan və sonradan Madrid prinsipləri kimi formalaşdırılan təkliflərdən açıq-aşkar geri çəkilib.

Qeyd edək ki, Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan Ermənistan silahlı qüvvələri çıxarılmalıdır və həmin rayonlar Azərbaycana geri qaytarılmalıdır. İlkin mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun 13 kəndinin geri qaytarılması nəzərdə tutulub. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin iyununda yenilənən Madrid prinsipləri ilə razılaşa biləcəyini bəyan etmişdi. Kazan prinsipləri də Madriddə qəbul edilən sənədə oxşayır. Ancaq Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə Azərbaycan tərəfi razılaşmadığından rəsmi Bakı Tatarıstan paytaxtında sənədi imzalamayıb.

Ötən müddət ərzində Azərbaycan dəfələrlə ərazi bütövlüyünün bərpasının dinc yolla təmin edilməsinin tərəfdarı olduğunu bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə Azərbaycanın haqlı və ədalətli istəyini indiyədək təmin etməyib.

Onlar sadəcə mayın 18-də verdikləri bəyanata oxşar fikirlər səsləndirir, Azərbaycanı günahkar çıxarmağa, atşəkəsə əmələ etməyə, təmas xəttində gərginliyin qarşısını almağa dair çağırışlar edirlər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə isə bu çıxışların heç bir təsiri olmayıb.

Əslində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçının işğalı günü verdikləri bəyanat onların münaqişənin ədalətli həllinə laqeyd münasibətinin də göstəricisi sayıla bilər. Başqa sözlə, belə qənaətə gəlmək olar ki, həmsədrlər üçün Azərbaycan torpaqlarının işğal altında qalması və işğal edilməsi tarixi maraqlı görünmür.

Report

Tarix
2017.05.19 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bizə 2-3 il vaxt lazımdır ki... - Prezident

Son iyirmi ildə 200 milyard dollar... – İlham Əliyev

Qarabağda sülh olmayacaq - Trofimçuk

Mingəçevirdə qanlı dava: Mağaza sahibi döyüldü

İlham Əliyev 2 ölkəyə məktub göndərdi

İlham Əliyev Jan Fransua Manseli qəbul etdi - Yeniləndi

İlham Əliyev Məmnun Hüseynə başsağlığı verdi

Cocuq Mərcanlı bizim dirçəliş rəmzimizdir - Prezident

Müharibə bitməyib… - İlham Əliyev

İlham Əliyev yeni vəliəhdi təbrik etdi

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla