Yuxarı

Qənirə Paşayeva həqiqətlərimizi Filippinə çatdırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva Filippinin vitse-prezidenti xanım Leni Robredo ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili xanım Leni Robredo ilə görüşü zamanı köçkün qadınların həyatı, taleyi haqda söhbətlər aparıb və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

O, ölkəmizin I vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu haqda danışıb.

Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.

Bundan başqa, millət vəkili Filippinin sabiq xarici işlər naziri Dominqo-Albertlə də fikir mübadiləsi aparıb.

Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Tarix
2017.05.19 / 15:53
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla