Yuxarı

Qarabağ münaqişəsi təcili həll olunmalıdır - Aİ

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) status-kvonun davamlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Azvision.az xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindən Avropa Qonşuluq Siyasətinin reallaşdırılmasına dair hesabatında bildirilib.

“Münaqişənin hərbi yolla həlli yoxdur, beynəlxalq hüquq normalarına uyğun olaraq tez bir zamanda siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və təkliflərini tam olaraq dəstəkləyir”, - hesabatda vurğulanıb.

Sənəddə, həmçinin qeyd olunub ki, 2016-cı ildə Aİ sülh və davamlı yolun əldə olunması məqsədilə Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycana təsir edən münaqişələr üzrə dialoqu davam etdirib.

Hesabatda bildirilib ki, 2016-cı ildə Qarabağ münaqişəsi bölgəsində ciddi gərginlik yaşanıb:

“Avropa İttifaqı hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə, ritorikanı yumşaltmağa və ATƏT-in Minsk Qrupunun himayəsi altında predmet sülh danışıqlarında iştirak etməyə çağırmağa davam edir. Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona tez-tez baş tutan səfərləri Minsk Qrupunun həmsədrlərini dəstəkləyir və münaqişənin dinc yolla həllində maraqlı olduğunu göstərir.

Tarix
2017.05.20 / 12:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla