Yuxarı

Azərbaycanlılar Türkiyənin Naxçıvanda baza açmasını istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək.

Axar.az xəbər verir ki, bu, “Atlas” Araşdırmalar Mərkəzinin Azərbaycan-Rusiya münasibətləri və xarici siyasətimizin yeni prioritetləri mövzusunda 500 respondent arasında keçirdiyi sorğunun nəticəsindən sonra bəlli olub.

Birinci sorğunun nəticəsinə əsasən, respondentlərin 87%-i Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyib.

Respondentlərin cəmi 8%-i qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağını hesab edir.

5% isə suala “bilmirəm” cavabını verib.

Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələrin dayanması ilə bağlı ikinci sorğuya 57% “Rusiya hakimiyyəti”, 34% “Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvələr” cavabını verib, 9% isə ÜAK-ın sənədlərinin qaydasıda olmadığını düşünür.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyinin qiymətləndirilməsi ilə bağlı sorğuya gəldikdə isə mütləq əksəriyyət - 93% Moskvanın təkbaşına vasitəçiliyinin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədiyini, əksinə, işğalın davamına şərait yaratdığını bildirib. Sorğuya qatılanların yalnız 5%-i Rusiyanın münaqişənin həllinə çalışdığını, 2% isə bu haqda bir fikirlərinin olmadığını deyib.

“Azərbaycan Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi” sorğusuna 78% - “hə”, 12% “xeyr”, 10% “imtina etməməli, ancaq digər iki həmsədr - ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır” cavabını verib.

Sonuncu, “Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasında hansı alternativlərə üstünlük verməlidir” sorğusunun nəticələri isə belədir:

53% hesab edir ki, Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca, Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır.

24% “NATO ilə hərbi əməkdaşlığın genişləndirilməsini, 14% Avropa İttifaqı ilə inteqrasiyanın sürətlənməsini, 9% isə Rusiya ilə strateji tərəfdaşlığın davam etdirilməsini istəyib.

Tarix
2017.05.23 / 15:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla