Yuxarı

Bakının İslam Sammitində məqsədi: Hədəf birdir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ərəb-İslam-Amerika Sammitinə qatılması rəsmi Bakının digər ölkələrlə yanaşı antiterror hərəkatına qoşulması anlamına gəlir.

Bu sözləri Axar.az-a Azərbaycanın Səudiyyədə Ərəb-İslam-Amerika Sammitinə qatılmasını dəyərləndirən politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, bu hərəkatın inkişafı həm Azərbaycana, həm digər ölkələrə kifayət qədər mənfəət gətirə bilər:

“Sammitdə irəli sürülən “İslam NATO-su” ideyasının institusional şəkildə formalaşması ilə bağlı nəsə demək hələ çox tezdir, ancaq bu təşəbbüsü daha çox hansısa bir hərəkat formasında görmək olar. Bütün hallarda hədəflər aydındır. Müxtəlif ölkələrin ekspert və siyasi dairələrində bu məsələyə başqa cür qiymət verilir. İslam dünyası daxilində hansısa strukturun yaradılmasına dair təsəvvürlər yanlışdır”.

Politoloq onu da bildirib ki, “İslam NATO-su”nun İrana qarşı bir koalisiya kimi dəyərləndirilməsi siyasi spekulyasiyalardır:

“Azərbaycan bu cür yanaşmanı qəbul etmir və əsas məqsədi təhlükəsizlik, informasiya, hərbi və maliyyə sahəsində terrorla mübarizədir, hansısa bir ölkə ilə mübarizə deyil. Azərbaycan regionda vacib oyunçudur və terrorla mübarizə ölkəmizin fəal rolundan asılıdır”.

İ.Vəlizadə bildirib ki, sözügedən məsələyə Rusiya aspektindən yanaşılmasının tərəfdarı deyil:

“Azərbaycanın hazırkı siyasəti kiməsə mesaj vermək üzərində qurulmayıb. Siyasi addımlarımız qətiyyən bu istiqamətə yönəlməyib, çünki Azərbaycan kifayət qədər özünə arxayın bir ölkədir. Əlbəttə, Rusiya-Ermənistan münasibətləri və cəbhədə baş verən son proseslər Bakıya düşünmək üçün müəyyən əsaslar verir. Ancaq Azərbaycan-Rusiya münasibətləri o səviyyədədir ki, üçüncü tərəf vasitəsilə Moskvaya təzyiq göstərməyə lüzum yoxdur. Ermənilər, yaxud da onları dəstəkləyən qüvvələr elə təsəvvür yaratmaq istəyirlər ki, guya Azərbaycan Rusiya ilə münasibətlərdə birbaşa dialoq aparmaqda acizdir. Bu, İrəvanın xəstə təxəyülünün məhsuludur”.

Tarix
2017.05.23 / 17:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla