Yuxarı

6 ölkə başçısı İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Bu il bizim ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirlər. Təxminən iki yüz il əvvəl ilk şvab mühacirləri bugünkü Azərbaycanın ərazisində məskunlaşmışlar. Bu yubileylər bizə ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək və genişləndirmək üçün stimul verəcək.

Yeni tərəfdaşlıq sazişinə dair danışıqlar vasitəsilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayıram. Almaniya bu yolda ölkənizin etibarlı tərəfdaşı olaraq qalacaq.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh və rifah dolu xoş gələcək diləyirəm”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.

***

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

Məktubda deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırır, rifah və firavanlıq arzulayıram”.

***

İsveçin Kralı Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

***

Norveçin Kralı - V Harald Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

Məktubda deyilir:

“Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl fürsətdən istifadə edərək, Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirir və firavanlıq diləyirəm”.

***

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

Məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqına ən xoş firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram”.

Tarix
2017.05.23 / 17:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla